Menu
Geri İrəli

Övladların ölümü atanın və babanın yaşından asılıdır

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2015 • Baxış sayı: 437 dəfə • Şərh yoxdur

dedushka-70-letKişinin hansı yaşda ata olması, onun övladının sağlamlığına birbaşa təsir göstərir: 20 yaşdan başlayaraq hər sonrakı bir il irsi varisin ölüm riskini 1 faiz artırır.

Oxu.Az xəbər verir ki, bu nəticəyə Rusiya və Böyük britaniya alimləri gəliblər. Tədqiqatın nəticələri PLoS One jurnalında nəşr edilib.

Bioloqlar 1688-1899-cu illəri əhatə edən fin kilsə kitablarındakı yazıları təhlil ediblər. Bu tarixi mənbələr insanın bioloji baxımdan öyrənilməsi üçün çox qiymətliməlumatlardır: XVII-XIX əsrlərdə Skandinaviya kasıbçılıq (keyfiyyətli tibb yardımın və səmərəli demoqrafiya siyasətinin olmaması) və bütün doğuş, evlilik və ölüm faktlarının qeydə alınması ilə seçilir.

Tədqiqatlar göstərdi ki, 30 yaşına qədər ata olan finlərin övladları, 40 yaşından sonra ata olanların övladlarından 13 faiz çox yetkinlik yaşına çatırdılar.

Nəticələr onunla əsaslanır ki, yaş ötdükcə cinsi hüceyrələrdə irsən ötürülən və nəslin genetik yararlığını azaldan mutasiyalar çoxalır.

Həmçinin müəyyən edilib ki,  əcdadları 30 yaşından sonra ata olan fin qadınları ailə qurmaqda çətinlik çəkiblər. Lakin bu fakt sosial-iqtisadi amillərlə də bağlı ola bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın