Menu
Geri İrəli

Populyar taksi xidməti Uber Azərbaycanda

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Aprel 2015 • Baxış sayı: 1,430 dəfə • 3 şərh

Dünyanın 57 ölkəsində və 300-dən çox şəhərində xidmət göstərən populyar taksi və xüsusi avtomobil çağırma (şəxsi sürücü) xidməti Uber, Azərbaycanda xidmət göstərməyə başlayıb.

faird2

“Marja” xəbər verir ki, şirkət Bakıda müştərilərinə göz qamaşdıran, lüks və biznes klass avtomobilləri təqdim edir.

Fəaliyyətə başladığı hər bir şəhərdə tanınmış şəxs Uber-i sifariş edən və istifadə edən ilk istifadəçisi olur. Bakıda Uber-in ilk istifadəçisi GoldenPay və Hesab.az-ın təsisçisi Fərid İsmayılzadə olub. Mercedes-Benz S Class avtomobili Fərid İsmayılzadəni evindən götürərək ADA Universitetinə çatdırıb.

Yazıçı və Hajizade Group-un təsisçisi Əli Hacızadə də ofisindən önəmli konfransın keçirildiyi Azərbaycan Dövlət İqtisad Universitetinə getmək üçün Uber-dən istifadə edib. Yeni S Class 222 avtomobili dəqiqələr içərisində yaxınlaşaraq onu gedəcəyi yerə vaxtında çatdırıb.

Uber mobil telefondan və ya kompyuterdən taksi çağırma xidməti təklif edir. Bunu üçün xidmətin xüsusi proqramını smartfonunuza (Windows iPhone, Android, Blackberry 7) yükləyərək, sistemdə qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan keçmək adınzı, emailinizi və kredit kartınızın məlumatlarını daxil etməklə mümkündür. Bunun səbəbi səyahət zamanı gediş haqqının nağd tələb olunmamasıdır, xidmət haqqı kredit kartından silinir.

Uberin digər fərqliliyi taksilərinin lüks avtomobillər olmasıdır.

Qiymətlər aşağıdakı kimidir:

-Avtomobilin sifariş edilməsi: 2 AZN
-Bir kilometri: 0.90 AZN
-Gözləməyin bir dəqiqəsi: 0.20 AZN
-Minimal qiymət: 5.00 AZN

farid4

Facebook Şərhləndirmə:

“Populyar taksi xidməti Uber Azərbaycanda” yazısına 3 cavab

  1. Zaur deyir:

    Salam Sumqayıtda yaşayıram ailəliyəm 40 yaşım var 2 evladım var Sumqayıtda taksi fəaliyyəti göstərmək istəyirəm

  2. Zaur deyir:

    Salam 40 yaşım var Ailəliyəm 2 övladım var Sumqayıtda taksi fəaliyəti göstərmək istəyirəm özümün 1998 ci il istehsalı olan Opel Omeqa maşınım var

  3. Neriman deyir:

    Salam 28 yasim var surucu islemek isteyirem ve bu xidmetle yaxinan tanis olmaq isteyirem ayliq maiwdi yoxsa gundelik plan 0559512857

Şərhinizi yazın