Menu
Geri İrəli

“Qar təmizləyən texnikalar təzə gəlinin cehizləri kimi anbarlarda saxlanılır” – SAKİN RƏYİ

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2014 • Baxış sayı: 889 dəfə • 3 şərh
Share Button

Xatirə Eyvazova adlı Sumqayıt şəhər sakini tərəfindən saytımıza şikayət məktubu daxil olub. Məktubu olduğu kimi təqdim edirik:

“Salam. Axır ki, bir yer tapıb ürək sözlərimi yaza bildim. Elə bir idarə və təşkilat qalmayib ki, zəng vurmayam. Fövqəladə Hallar Nazirliyinin 112 xidmətində çalışan xanım operatorlar az qala şikayet etdiyimizə gorə bizi döyələr. Mən heç gözləməzdim ki, bu cür danışıqla onlar əhaliyə xidmət göstərsinlər. Yəqin ki, cənab Kəmaləddin Heydərovun bundan xəbəri yoxdur. Hər il televiziyada dövlət büdcəsindən ayrılan vəsait hesabina yeni texnikaların alınması ilə bağlı xəbərlər verirlər. Bunlar təzə gəlinin cehizləri kimi ancaq anbarlarda və müvafiq yerlərdə saxlanılır. İşlənsə xarab olar. Bu gun Sumqayıt demək olar ki iflic vəziyyətindədir. Əgər Bakı şəhərinə belə qar yağsaydı onlar bizi başa düşərdi. Mən bu gün çox çalışdım 18 mikrorayon ərazisindən seçilən deputatımız Hacı Salayevin köməkçiləri ilə əlaqə saxlayım.Heç olmasa o gəlib bu ərazidəki vəziyyəti görsün. Bu da mümkün olmadı. Bir də gələn seçkilərdə binaların qarşısında olan xeyir-şər evlərinə material verib yenidən deputat seçiləcəklər…”

IMG_2451

 

 

Facebook Şərhləndirmə:
Share Button

““Qar təmizləyən texnikalar təzə gəlinin cehizləri kimi anbarlarda saxlanılır” – SAKİN RƏYİ” yazısına 3 cavab

  1. seva deyir:

    Adama elə gəlir ki, bu şəhərdə səlahiyyətli orqanların işçiləri başqa planetdə yaşayırlar.Gözləri kor,qulaqları kardır. Borc, vicdan anlayışı isə lüğətlərində yoxdur.

  2. Turkane deyir:

    rehm edin de  pul var texnika almaqa? bes paxlava istemirsiz bayramda?

  3. Turkane deyir:

    pis oyredib de bizi gozleyirik ki bayramda hech olmasa paxlava yeyeceyik
     

Şərhinizi yazın