Menu
Geri İrəli

Qəzalar ən çox buna görə baş verir – HADİSƏLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2016 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur
Share Button

qeza2“AXA Mbask” sığorta şirkəti fevral ayı üzrə ən böyük ödənişlərini açıqlayıb. Avtomobil qəzalarının çoxluğu sığorta ödənişlərində də özünü biruzə verir.Belə ki, şirkətdən fins.az-a verilən məlumata görə, ötən ayın ən böyük 3 ödənişi avtomobil qəzaları ilə bağlı olub. Bu qəzaların əsas səbəbi isə sürücülərin düzgün ara məsafəsi saxlamaması olub. Avtomobil sahiblərinin ehtiyyatsız davranışı sonucda həm onların avtomobillərinə, həm də sığorta şirkətinə ziyan vurub. Şirkətdən bildirilib ki, 3 avtomobilin təmir xərci sığorta şirkətinə 32 575 manata başa gəlib. Düzdüz, avtomobilləri sığorta şirkəti təmir etsə də, sahibləri üçün mənəvi dəyərini itirmiş olur.

“Porsche Cayenne”nin sahibi sığorta şirkətini 15400 manat ziyana saldı

 Fevral ayında sığorta şirkətinin ən böyük ödənişi 15400 manat olub. Avtomobil qəzası dekabr ayının 30-da Bakıda baş verib.  M.Müşfiq küçəsində Monolit Plaza“nın qarşısında  “Porsche Cayenne”nin sürücüsü avtomobili qəflətən saxlayıb.  Arxadan gələn sığortalı “Toyota Prado”nın sürücüsü sürəti tənzimələyə bilməyib və  “Porsche Cayenne”ni vurub. Nəticədə avtomobilin ön hisəsinə bufer, bamper, kapot,faralar və digər hissələr yararsız hala düşüb. “AXA MBASK” sığorta şirkəti avtomobilə dəyən ziyanı ödəyib.

“Chery Tiggo”  daş hasara çırpıldı – 9373 manat

Digər sığortalı “Chery Tiggo”  avtomobili  yanvar ayının 12-də  qəzaya uğrayıb. P.Fərzəliyev küçəsində idarə etməni itirən sürücü avtomobili yolun sağ hissəsində daş hasara vurub. Ön hissəsi tamamilə yararsız hala düşən avtomobilin təmiri üçün 9373 manat sığorta pulu ödəyib.

Ara məsafəsi saxlamadı,  avtomobilinə 7802 manat ziyan dəydi

Digər böyük sığorta ödənişi “Hyundai İX35” avtomobilinin sahibinə verilib. Qəza fevral ayının 1-də Bakı-Quba yolunun 16-cı kilometrliyində baş verib. Düzgün ara məsafəsi saxlamayan sığortalı sürücü qarşıdakı avtomobili vurub. Nəticədə  “Hyundai İX35” avtomoblinə də ziyan dəyib. Avtomobilə dəyən 7802 manatlıq zərər sığorta şirkəti tərəfindən qarşılanıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın