Menu
Geri İrəli

Ramazan təqvimi açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2016 • Baxış sayı: 577 dəfə • Şərh yoxdur
Dua
Müqəddəs Ramazan ayının başlamasına sayılı günlər qalıb. ANS PRESS-in məlumatına görə, ötən gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası orucluq ayı ilə bağlı fətva verdi.

Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyuna təsadüf edəcək. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə  istinadən  iyul ayının 6-na təsadüf edəcək.

Ramazan ayı başlayır – fətva verildi

Orucun  mühüm  əməllərindən  biri olan fitrə zəkatının vaxtı  Ramazan  ayının son  günüdür.  Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər  bir  üzvü  üçün fitrə zəkatı çıxarıb imkansızlara,  ehtiyacı  olan  ailələrə  verməsi  vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi  məsləhət  görülür.

Ayın göründüyü  andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti  başlayacaq. Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsiAMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən  xüsusi təqvim və yaddaş kitabçası tərtib edib.

ANS PRESS Ramazan təqvimini oxucularına təqdim edir:

Ramazan təqvimi

Ramazan təqvimi
Ramazan duaları
Facebook Şərhləndirmə:

Şərhinizi yazın