Menu
Geri İrəli

Rənglərin mənası

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Yanvar 2015 • Baxış sayı: 608 dəfə • Şərh yoxdur
Share Button

renglerHəyat yarandığı zamandan hər bir şey özü özlüyündə bir təzad yaradıb.Bəzən ana təbiətdən,biri-birimizdən möcüzələr axtarırıq ,lakin nəzərə almırıq ki,bizə bəxş olunan həyatın özü möcüzədir.Sadəcə bu möcüzədən düzgün yararlanmaq lazımdır.Bu dəfə insanlarla rənglərin əlaqəsini öyrənmək üçün araşdırma apardım.Mənim üçün çox maraqlıdır.Ümid edirəm ki,sizin üçün də maraqlı olacaq…

Qırmızı rəng kişi rəngi hesab edilir. Bu, həyat rəngidir. Eyni zamanda fəallıq, enerji, dinamizm, güc, mətanət, əzm, həmçinin məhəbbət, ehtiras və qəzəb rəmzidir. Qırmızı ilə ağ rəngin ahəngi təmizlik və harmoniya assosiasiyası yaradır. Qırmızı ilə yaşıl isə bir yerdə olmamalıdır.
Qida qəbul olunan otaqda qırmızı rəngin olması iştahı artırır. Bu rəng əsəb sisteminə ağrıkəsici təsir edir, həzm prosesini nizama salır. Məhz bu səbəbdən məsuliyyətli yarıslardan əvvəl idmançılara qırmızı eynək taxmaq tövsiyə olunur. Qırmızı rəngi xoşlayan uşaqlar səmimi və fəaldırlar.

Qara zülmət, hüzr, ölüm, ağırlıq rəmzidir. O ağırlaşdırır, yanındakı rəngi təsirini artırır. Uşaqlara belə rəngdən istifadə etmək məsləhət deyil. Uşağın bu rəngə meyl etmesi onun ağır psixikasından və həyatını tamamilə dəyişmiş stressdən xəbər verir. Qara rəngə meylin artması uşağın psixoloji vəziyyətinin ağırlaşmasından xəbər verir. Psixoloqların bəziləri bu rəngə üstünlük vərən insanların reallığı neqativ qəbul etdiyini deyir. Onlarda özlərinə inam olmur. Depressiyalara meyl edirlər. Digər psixoloqlar isə əksinə, bu rəngə üstünlük verənlərin inadkar və kompromissiz olmasını, gizli, ehtiraslara meyl etdiyini düşünür.

Ağ təmizlik, məsumluq, təravət, sərinlik, düzgünlük və aydınlıq rəmzidir. Bu rəngi ancaq istisnalı həyat situasiyalarında sevmək olur. Məsələn, uzun müddət xəstəxanada olanda və həyat tərzini dəyişəndə. Göz qamaşdırıcı ağ rəng hətta bayılmaya səbəb ola bilər. Bu rəng eyni zamanda boşluq rəngidir. Ağa çox baxanda insan tez yorulur. Ağ rəngi sevənlər ilk növbədə çox səliqəli olur. Bu rəngi istənilən xarakterli insanlar seçe bilər. Lakin pessimistlər  və  skeptiklər  bu rəngdən qaçır.

Bu rəng lovğalıq, yorğunluq rəngidir. Boz rəngi xoşlayan uşaqlar o qədər də çox deyil. Bunlar, adətən, sakit, qorxaq, qapalı uşaqlardı. Daxilən çox qaynayandılar. Ətrafdakılar onları sakit, dərrakəli, ciddi hesab etsələr də, yaxın adamların əhatəsində xudbin və dəlisov olurlar. Bu rəngi sevən qadınlar ağıllı, heç kəsə inanmayan və qərarsız olurlar. Lakin əgər hər hansı bir insanla və ya işlə maraqlansalar, bu, ömürlərinin axırına qədər davam edir.

Qəhvəyi ağır, kobud və ikrah hissi doğuran rəng hesab edilir. Bu rəng dağılmaq, ölüm, heyvani hisslər və alçaq istəklərdən xəbər verir və çox darıxdırıcı rəng hesab edilir. Adətən, sakit və sakitliyə can atan qadınlar bu rəngi xoşlayır. Onlar bir qədər mühafizəkar, böyüklərə hörmətlə yanaşan olur.

Göy müdriklik, sədaqət, soyuqluq, ehtirassızlıq, sakitlik rəngidir. Bu rəngi seçən uşaqlar sakit, təmkinli olur, hər şeyi tələsmədən edir, divanda kitabla uzanmağı, düşünməyi, götür-qoy etməyi sevir. Onlar özlərini qurban verməyə meyllidir. Almaqdan daha çox verməyi xoşlayırlar. Təsadüfi deyil ki, göy rənglərə meylliləri qırmızı rənglə ürəkləndirir, qırmızıya meylliləri isə göy rənglə sakitləşdirirlər. Göy rəngdən imtina o dəməkdir ki, adam güclü emosional yükləmədən sonra rahatlığa can atır. Buna ehtiyac var.

Mavi kosmik ruh, həqiqət rəmzidir. Bu, məsumluq,  sülhsevərlik, sakitlik və firavanlıq dəməkdir. Mavi oğlanların rəngi sayılır. Bu rəngdə azadlıq, qayğısızlıq, qeyri-məcburilik, dostluq, şəraitin dəyişməsinə meyl var. Uşaq yaşlandıqca bu cizgilər qalarsa, belə gənclər dənizçi və təyyarəçi olur. Yeniyetməlik və gənclik çağlarında bu rəngi oğlanlardan daha çox qızlar xoşlayır.

Yəqin ki, hər biriniz öz xasiyyətinizə görə  rənginizi seçdiniz…Mənim ki, tam uyğunluq təşkil etdi-bəs sizdə?

Toğrul Quluzadə

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın