Menu
Geri İrəli

Sağlam olun

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyun 2010 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur

meyveler_02Ananas - Öz çəkilərinə fikir verənlər üçün xüsusi olaraq qiymətli qida hesab etmək olar. Beləki, insan orqanizmində piy qatlarınn əmələ gəlməsinin qarşısını alır.

Banan - Ürək, qan-damar sisteminə çox yaxşı təsir göstərir. Həzm prosesi üçün faydalıdır. Acı və duzlu qidalar qəbulu zamanı mədə divarını zərərli maddələrdən qoruyur.

Üzüm - Çox gözəl dietik cəhətə malikdir. Maddələr mübadiləsini, qan-damar sistemini, qan təzyiqini tənzimləyir, iştahanı açır, sidik qovucudur, ürək xəstəlikləri zamanı çox faydalıdır. Üzüm şirəsi qanda xolesterini təmizləyir, təravətləndiricidir. Böyrəklərin fəaliyyətini təmin edir, ürək ritmini tənzim edir. Qara ciyərə faydalıdır. Qara üzüm qabığı və çəyirdəyi ilə yeyildiyi zaman hüceyrələrin yenilənməsinə kömək edir.

Nar – Şirin nar şirəsi böyrək xəstəlikləri zamanı,turş nar şirəsi isə böyrək və öd daşları zamanı faydalıdır. Nar şirəsi susuzluğu aradan qaldırar, hərarəti aşağı salar. Turş nar mədə turşuluğu çox olanlara məsləhət deyil.

Əncir - Ürək, qan-damar xəstəlikləri zamanı çox faydalıdır. Çox kalorili olduğu üçün artıq çəkisi olanlar üçün qəbulu məsləhət deyil.

Kələm - Az kalorili olduğu üçün artıq çəkidən, piylənmədən əziyyət çəkənlərə məsləhət görülür.

Naringi (mandarin) – Xalq təbabətində orqanizmin möhkəmlənməsi üçün istifadə olunur. Az kalorili olduğu üçün fiquralarina fikir verənlər üçün məsləhət görülür. infeksiyalara qarşı bədənin müqavimətini artırır.

Kök – Orqanizmdə tonusu qaldırır,təravətləndirir,xərçəng xəstəliklərinin qarşısını alır, bağırsağ qurdlarının əmələ gəlməsinin qarşısını alır, qan azlığına kömək edir. Salatları bitki yağları və ya xama ilə yemək daha faydalıdır.

Bibər -Tərkibi P və C vitaminlər ilə zəngindir, bu da qan-damar sisteminə, kapilyar damarların möhkəm olması üçün faydalıdır. Orqanizmdən xolesterini azad etməyə kömək edir, soyuq dəymə zamanı, astma və bronxitdə çox effektlidir.

Pomidor - iştah açır, mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır, bağırsaq bakteriyalarını məhv edər.

Balqabaq - Qanda xolesterini azaldır, piylənmədən əziyyət çəkənlər üçün faydalıdır.

Alma - dəmirlə çox zəngindir, buda qan dövranına yaxşı təsir göstərir. Maddələr mübadiləsinin pozulduğu, iştah azalma zamanı çox faydalıdır. Xolestirini azaldar, az kalorili olduğu üçün artıq çəkidən əziyyət çəkənlər üçün əvəzolunmaz hesab olunur. Hər hansı bir qidanın qəbulundan sonra alma yemək məsləhətdir: bu dişlər üçün çox faydalıdır. Böyrəklərin təmizlənməsinə, həzm prosesində çətinliklərin aradan qaldırılmasına kömək edir.

Xurma - Ürək-damar xəstələrinə məsləhət görülür.

Çuğundur – mədə həzmini normalaşdırır, orqanizmdə zərərli maddələrin xaric olmasına kömək edir, qan təzyiqini aşağı salır.

Ərik – qan əmələ gətiricidir. Dəriyə və saçlara müsbət təsir göstərir. Xərçəng xəstəliyinin qarşısının alınmasına kömək edən çox yaxşı bir karotenoid qaynağıdır.

Albalı - mineral və vitamin anbarıdı  deyirlər. Tünd rəngli albalı açıq rənqlilərə nisbətən daha çox minerallıdır.

Portağal – soyuqdəymə, qrip, ürək – qan damar xəstəliyi və iflicdən qorunmağa kömək edir.

Gilas – xolesterolun miqdarını azaldır, saplarını dəmləyib içmək sidik kanalı və prostat üçün faydalıdır.

Armud - ürək – damar xəstəliklərin də, aşağı qan təzyiqi xəstəliklərinə yaxşı təsir göstərir.

Çiyələk – Siqaret tüstüsünün təsirini azaldır. Siqaret çəkənlərin gündə ağızlarına iki çiyələk atması faydalıdır.

Uzun bibər – kökəlmənin qarşısını alır. Saçlara, dırnaqlara və üzə çox xeyirlidir.

Kələm - yaşlanmağın qarşısını alan minerallardan selenlə zəngin olduğundan bədənə xeyirlidir, kişilərin tez qocalmamasına kömək edir.

Xiyar - orqanizmi gəncləşdirir. Dəri hüceyrələrinə elastiklik verir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın