Menu
Geri İrəli

Sevgililər gününü qeyd etmək asandır, əsl sevgini yaşamaq necə?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2014 • Baxış sayı: 438 dəfə • Şərh yoxdur

sevgili

Hər kəs çox həyəcanlıdır, çünki bu gün Sevgililər günüdür … Hər yerdə bir neçə həftədən öncə bu günə hazırlıq görülüb, hər yerdə bu haqda elanlar, xəbərlər, TV-lərdə reklamlar… İnsanlar bu gündən çox şey gözləyirlər. Günlərdir bu günü necə qeyd edəcəklərini, hansı hədiyyələri alacaqlarını, hara gedəcəklərini, necə sürpriz edəcəklərini düşünürlər. Hər kəs bu günün mükəmməl olmalı olduğuna inanır. Hər yerdə, hər il bu gün üçün yeni ideyalar düşünülür, yeni fikirlər irəli sürülür. Son həftələrdə günün əsas mövzusu daha maraqlı, daha orijinal, qarşı tərəfi daha çox təəccübləndirən hədiyyələrdən, daha orijinal əyləncə imkanları yaratmaqdan, bu günü daha təntənəli şəkildə qeyd  edə bilməkdən ibarət olur… Elə bu səbəbdən də  təqvim 14 FEVRAL-ı göstərdikdə bütün insanlar bir anda sevgini daha çox, ən dərin şəkildə yaşamağı və sevginin bu günə bütövlüklə hakim olmasını gözləyirlər.

Bəs bu mümkündürmü? Sevgi belə bir şeydirmi? Bütün il sevgisiz yaşayan insanlar bir günün içində sevgini əldə edə bilərmi? İnsanın 365 günün cəmi bir günündə bu cür həyəcanlı olması, sevgini sadəcə bu gündə bu qədər coşğulu yaşayacağına inanması qəribə deyil mi? Görəsən bu insanlar Sevgililər gününü qeyd edərkən, sevginin gerçək mənasını da bilirlərmi? Yaxud bu gerçək sevgini heç dadıblarmı?

 Dünyanın istənilən yerini düşünək, indiki dövrdə insanların istədikləri sevgini yaşaya bildiklərini söyləmək çox çətindir. Əksinə qadınlar, kişilər, uşaqlar, ata-analar, demək olar ki hər kəs dünyadakı bu ən gözəl hissin əskikliyindən şikayətlənir. Bunun ən əsas səbəblərindən biri də bundan şikayətlənən insanların özlərinin də sevə bilməməsidir. Amma istədikləri sevgini yaşaya bilən insana da rast gəlmirlər. Buna baxmayaraq, bunun üçün lazımi cəhdi də göstərmirlər. Halbuki insan əgər bir şeyi həqiqətən istəyirsə, bunu əldə etmək üçün əlindən gələn hər şeyi etməlidir. Əgər sevgi istəyir və tapa bilmirsə, ilk öncə bunun səbəbini araşdırmalıdır. Dünyanın harasında olursa olsun, bunun bir həlli varsa, onu tapıb anlamağa və yaşamağa çalışmalıdır. Əgər bunu etmirsə, demək ki, sevgini də həqiqətən istəmir. Yaxud sevginin nə qədər önəmli olduğunu hələ heç qavraya bilməyib. Demək, axtardığı şey sevgi deyil. Əslində istədiyi  müvəqqəti əyləncə və ya həvəsdən başqa bir şey deyil.

 Sevgi olmadan yaşamaq sözün əsl mənasında yaşamaq deyil. Sevgini bilməyən bir insan, insanlıqdan  çox uzaqdır. Çünki xoşagələn bütün rəftarlar- incəlik, gözəlliklər, nəzakət sevgidən qaynaqlanır. Bu gözəllikləri yalnız sevgini bilən insanlardan görmək mümkündür. Əksinə, insanın qarşılaşacağı bütün rəftarların ortaq nöqtəsi ruhsuzluq soyuqluq, nəzakətsizlik, kobudluq və qəddarlığa əsaslanır. Belə sevgisiz olan insan ruhən də xəstədir. Sevmək, sevilmək, gözəl davranışlar göstərmək, gözəllik görmək kimi gözəl əxlaq xüsusiyyətlərinin heç biri onu maraqlandırmaz. Onun tək istədiyi şey sadəcə ‘yaşamaq’dır. Bu həyatı üçün axtardığı şeylər də sadəcə həyatda qala bilmək və dünyada özünə bir yer  edə bilmək üçün lazım olan maddi şərtlərdir. Halbuki dünya yalnız sevgi ilə məna tapan bir yerdir. Sevgi olmadan dünya da bomboşdur.

 Mənə görə sevgi  Allah`ın dünyada yaratdığı ən böyük, ən dəyərli nemətlərdən və ən dərin hisslərdən biridir. Sevdiyiniz insanın sadəcə səsini eşitmək, üzünü görmək və hətta sadəcə “var olduğunu bilmək” belə çox böyük sevinc vəsiləsidir. Onun baxışlarındakı sevgini görmək, gözlərinə sevgiylə baxmaq, gözəl, içdən, səmimi sevgi sözləri söyləmək və ya onun sözlərində sevildiyinizi hiss etmək… Onun yaxşılığını istəmək, rahatlığını təmin etmək, sağlamlığını qorumaq, ən yaxşı şəraitdə yaşamasını, ən gözəl imkanlara, ən xoşuna gedən şeylərə sahib olmasını, ən xoşbəxt olduğu şəkildə yaşamasını təmin etmək üçün əmək sərf etmək… Ona şəfqət göstərmək, mərhəmət etmək, o dilə gətirmədən belə onun ehtiyac duyacağı şeyləri düşünüb təmin edə bilmək… Onu pisliklərdən uzaq tutmaq, ona toxuna biləcək zərərlərə qarşı güclü sahiblənmə hissi ilə onu qorumaq … Onu narahat edə biləcək şeyləri ondan uzaq tutmaq, pis əxlaqlı insanlarla, pis davranışlarla, pis mühitlərlə onu üz-üzə qoymamaq…

Əsl sevgi budur! Sevgi sadəcə bir insana hədiyyə almaq, onunla birlikdə sevgililər gününü qeyd etmək, bu xüsusi gündə ona sürprizlər etmək deyil. Ruhunuzda bu izah edilən dərin sevgini yaşamırsınızsa, qarşınızdakına milyon dəfə də onu sevdiyinizi söyləsəniz, bu nə onu xoşbəxt edər, nə də sizə bu xüsusi hissi yaşada bilər. Bunun üçün ilk öncə sevgini yaşamağın yolunu bilməlisiniz.

Belə bir sevgini dada bilmək üçün hər şeydən əvvəl sevgini yaradan, onu insanlara ilham edən, qəlblərinə yerləşdirən, sevgidən həzz almalarını, xoşbəxt olmalarını təmin edən Allah`ı çox sevmək lazımdır.

Çünki dünyada gördüyümüz maddi-mənəvi bütün gözəlliklərin əsl Sahibi, əsl Yaradıcısı Allah`dır. Sevgi, tutqu, hörmət, şəfqət, mərhəmət, sədaqət, yaxınlıq, səmimiyyət, dostluq, sirdaşlıq və sevgini əmələ gətirən bütün incəliklər, gözəl davranışlar yalnız Allah`ı sevən insanların göstərəcəyi əxlaq xüsusiyyətləridir. Bütün bunları insanlara öyrədən və yaşadan yalnız Allah`dır.

Allah`ı tanımayan bir insanın Allah`ın yaratdığı gözəllikləri bilməsi isə sözsüz ki, mümkün deyil. Bu gün bütün dünyada insanların əziyyət çəkdiyi sevgisizlik insanların bu cümlədəki çox vacib həqiqəti düşünməmələrindən qaynaqlanır.

Sevgililər gününü qeyd etməyə verilən diqqət və əmək və həftələr öncədən bu günə hazırlaşmağa ayrılan müddət bu vacib həqiqəti düşünməyə sərf edilsə, bəlkə də bir çox insan axtardığı sevgini çoxdan tapmış olacaqdı.

Belə olduğu halda, sevgini bilən hər insana böyük məsuliyyət düşür. Sevgini və sevməyi bilən insanların hər biri “Sevgi Müəllimləri” olub insanlara “sevməyin, sevilməyin, əsl sevgini yaşamağın doğru yolunu” göstərməkdən məsul olduqlarını unutmamalıdırlar!

 Müəllif: Gülgün GÖKTAN

Facebook Şərhləndirmə:

Şərhinizi yazın