Menu
Geri İrəli

Səyahətə çıxanların nəzərinə: Nağd ödəniş ləğv edilir

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2017 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur
Share Button

dollar_exchange_290114Azərbaycanda bəzi xidmət haqlarına görə ödənişin nağd yolla aparılması qadağan edilir.

Trend-in məlumatına görə, bununla bağlı müxtəlif qanunlara dəyişikliklər edilir.

“Təhsil haqqında” qanuna edilən dəyişikliklərə görə, təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

“Turizm haqqında” qanuna təklif edilən yeni dəyişikliyə əsasən isə turagentlərə ödəmələr nağdsız qaydada həyata keçiriləcək.

“İstesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna edilən yeni dəyişikliklər layihəsinə görə, sığorta haqqı işçilərə də nağdsız qaydada veriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın