Menu
Geri İrəli

Siz də gecələr yatanda BUNU EDİRSİNİZ? – MARAQLI FAKT

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Avqust 2017 • Baxış sayı: 357 dəfə • Şərh yoxdur

170823-203200-80891Biz çılpaq bədənləri şəkillərdə və filmlərdə seyr edirik. Lakin küçədə açıq-saçıq geyinən birini görəndə onu geyim tərzinə görə tənqid edirik. Çünki çılpaqlıq üçün əlverişli vaxt və yer var. Bu, gecə və yataq otağıdır. Çılpaq yatmaq bir çox cəhətdən xeyirlidir.

Publika.az xarici mətbuata istinadən oxucuları çılpaq yatmağın çoxlarına məlum olmayan əhəmiyyətləri ilə tanış edib.

Birinci üstünlük: Siz daha tez dincəlirsiniz

Bilirdiniz ki, insanın yuxuya getməsi üçün bədənin temperaturu yarıya qədər azalmalıdır. Siz qalın pijama ilə yatanda, yorğan və ya adyalın altında uzananda orqanizmin temperaturu aşağı düşməkdə çətinlik çəkir.

İkinci üstünlük: Daha sağlam olacaqsınız

Siz elə bilirsiniz ki, bu yalandır? Lakin alt paltarları yuxu zamanı bakteriyaların çoxalması və infeksiyaların yayılması üçün gözəl mühit yaradır. Bir az çılpaq yatmaq infeksiyaların qarşısını almaq üçün yaxşı üsuldur.

Üçüncü üstünlük: Həyat yoldaşınız heyran olacaq

Etiraf etmək lazımdır ki, çılpaq qadın bədəninə baxmaq kişilərdə güclü cinsin istək oyadacaq. Üstəlik, dəri ilə birbaşa təmas münasibətlərinizi möhkəmləndirəcək. Utanmaq lazım deyil…

Dördüncü üstünlük: Yuxudan çox rahatlıqla oyanacaqsınız

Siz tez və daha rahat canlanacaqsınız. Belə ki, insan çıpaq olanda bakteriyalar daha az inkişaf edir və bədən az tərləyir. Beləliklə də soyunub-geyinməyə əlavə vaxt itirmisiniz.

Beşinci üstünlük: Siz ən azı bir ölçü arıqlayacaqsınız

Yatmaq və arıqlamaq inandırıcı səslənmir, elə deyilmi? Amma bunun üçün çılpaq olmaq lazımdır. Bu fakt elmi araşdırmalar da sübut olunub. Yuxuda orqanizm kalorini yandırır. Sərin mühitdə metabolizm sürətlənir, nəticə etibarı ilə kalori tez yandırılır.

Altıncı üstünlük: Rahatdır!

Gecə köynəyiniz nə qədər keyfiyyətli olsa da, onda yatmaq rahat deyil. Üstəlik bu, tərləməyə səbəb olur. Odur ki, pijamasız yatmağı öyrənin.

Yeddinci üstünlük: Daha gümrah və yaxşı görünəcəksiniz!

Bunu izah etmək asan deyil! Amma çılpaq yatan insanlar səhər yuxudan duranda dəriləri daha yaxşı və parlaq görünür. Yəqin ki, yuxarıda sadaladıqlarımız dəriyə də təsirsiz ötüşmür.

Səkkizinci üstünlük: Stressə qalib gələcəksiniz

7 bənddə yazılanlar stressin öhdəsindən gəlməyə kömək edir. Keyfiyyətli yuxu, yüksək gigiyena və qıcıqlandırıcı amillərin olmaması sizi rahatlaşdırıb əhvalınızı qaldıracaq. Beləliklə, öz pijamalarınızdan xilas olmağa hazırsınız? Buna görə bədəniniz sizə “sağ ol” deyəcək!

P.S Faydalı məsləhəti dostlarınızla paylaşmağı unutmayın.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın