Menu
Geri İrəli

Sosial evlərdən yeni xəbər

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2017 • Baxış sayı: 782 dəfə • Şərh yoxdur
Share Button

Alqı-satqı və ipoteka müqaviləsi razılaşdırıldı

“Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin razılaşdırılması prosesi başa çatıb. “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) mətbuat xidmətindən verilən məlumata görə, müqavilənin nümunə forması AİF-in idarə heyəti tərəfindən qəbul edilib. Bu müqavilə vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan və mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınan mənzillərin müvafiq qaydada satışa çıxarılmasından sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi imkanı yaradılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən güzəştli mənzillərin ipoteka krediti hesabına satılması nəzərdə tutulub.

Güzəştli mənzillərin alqı-satqı müqaviləsinin nümunəvi formasının Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ilə razılaşdırmaqla, “Azəbaycan İpoteka Fondu” ASC tərəfindən təsdiq edilməsi Qaydada müəyyənləşdirilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın