Menu
Geri İrəli

Spirtsiz pivədə alkoqolun olduğu etiraf edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyul 2014 • Baxış sayı: 492 dəfə • Şərh yoxdur
Share Button

piyve-haciAlmaniyanın “Deutscher Brauer-Bund” pivə sənayesi birliyi alkoqolsuz pivənin tərkibi barədə məlumat verəcəklərini boyun olub.

Lent.az-ın “Alman dalğası”-na istinadən məlumatına görə, birlik pivə çeşidləri üzərində onun tərkibi haqda ətraflı məlumat verəcəklərini bildiriblər. Məlumata əsasən, bu məhsula tələbat artmaqdadır. Ötən il belə pivələrini satışının həcmi 12 faiz çoxalıb.

Məlumatın yazılması ilə bağlı razılaşma Almaniya İstehlakçıların Haqqını Müdafiə Birliyi ilə pivəbişirənlər arasında əldə edilib.

Texnologiyaya əsasən, alkoqolsuz pivənin və sərinləşdirici içkilərin tərkibində 0,5 faiz spirt olur. Bununla belə istehlakçıların 70 faizi elə bilir ki, bu məhsulların tərkibində alkoqol tamamilə yoxdur.

İstehlakçılar birliyi ilə istehsalçılar arasında keçirilən uzunmüddətli danışıqlardan sonra əldə edilən razılaşmaya əsasən, tamam alkoqolsuz pivələr “0,00 faiz” adlandırılacaq.

Həmin razılaşmaya görə, əgər alkoqolsuz pivə bu tələbə cavab verməsə, o zaman 2015-ci ildən etibarən pivə qablarının üzərindəki etiketlərdə spirtin miqdarını “Alk. < 0,5 % vol.” yazılaraq göstəriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın