Menu
Geri İrəli

Sumqayıt Ailələrə Dəstək Layihəsinə Sosial Işçi tələb olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2010 • Baxış sayı: 846 dəfə • 1 şərh

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Sumqayıt Ailələrə Dəstək Layihəsinə Sosial Işçi vəzifəsinə elan verir.
Öhdəliklər
Uşaqları atılma riski altında olan ailələrlə sosial işin aparılması;
Hədəf qrupuna daxil olan ailələrin fərdi inkişaf planlarını hazırlamaq;
Ailələrin fərdin inkişaf planlarının yerinə yetirilməsinə nəzarət etmək;
Hədəf qrupunun layihəyə cəlb olunmasında iştirak etmək;
Əsas tərəfdaşlarla əməkdaşlıq etmək.

Iş şəraiti:
Tam məşğulluq;
Ərazi – Sumqayıt şəhəri;
Əmək haqqı – net 571 AZN.
Mütləq meyarlar:
Pedaqogika, psixologiya, sosial iş və ya hüquqşünaslıq sahəsində ali təhsil ;
Bu sahələrin birində 1-3 illik iş təcrübəsi;
Həssas, o cüml., aztəminatlı ailələrlə işləmək istəyi və bacarığı ;
Sosial və təşkilati bacarıqlar;
Fərdi və komandada işləmək istəyi və bacarığı;
Çevik iş qrafikində çalışmaq bacarığı;
Sərbəst Azərbaycan və rus dili biliyi;
MS Office bilikləri.

Əlavə meyarlar:
QHT sektorunda iş və ya könüllülük təcrübəsi;
Uşaq hüquqları haqda məlumatlılıq;
Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq;
İngilis dili biliyi;
Sürücülük vəsiqəsi.

Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər
(yalnız elektron ərizələr nəzərə alınır): aygung@sosushaqkendleri.az

Xahiş olunur, məktubun “SUBJECT” qrafasında “social worker” yazasınız.
CV-lərin göndərilməsinin son tarixi 15 mart 2010-cu il.
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imlanları yaradır.

Facebook Şərhləndirmə:

“Sumqayıt Ailələrə Dəstək Layihəsinə Sosial Işçi tələb olunur” yazısına bir cavab

  1. roshka deyir:

    eshi bosh sheydi.cunki hansisa dovlet qulluguna girende nece deyerler neyi var kimise gormek lazimdi.cunki bu olmadan o ish yerinde ishlemek qeyri mumkundu.nece deyerler hormet ele hormet qazan.bideki hara gedirsen Ali tehsil isteyirler.men bawa duwmurem bes kollec telebeleri ne etmeli.yaziq valideyn bu qeder pul tokub uwagini niye 0xudurlar kollecde?bideki niye dovlet bu kollecleri baglamir?eger hara getsen Ali tehsil isteyeceklerse onda Kollecleri baglasinlarda.yalniz bizim olkededi bu problem.cunki avropa olkelerinde kolleclere xususi yer verilir.duz deyibler aye bura azerbaycandi.deyirlerki biz Avropa shurasina daxil olmuwwuq ve bezi qanunlar Avropa qanunlarina uygunlawib ve uygunlawir.xususile tehsil baresinde.

Şərhinizi yazın