Menu
Geri İrəli

Sumqayıt Baş Gömrük İdarəsi dövlət büdcəsinə ödənişləri artırıb

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2011 • Baxış sayı: 425 dəfə • 1 şərh

2011-ci ilin ilk 4 ayı ərzində Sumqayıt Baş Gömrük İdarəsi üçün nəzərdə tutulmuş 31 mln. manat proqnoza qarşı 31 mln. 404,8 mln. manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. “APA-ECONOMICS”in xəbərinə görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1,1% artıqdır.

Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilov bildirib ki, 2011-ci ilin ilk 4 ayı ərzində bu məntəqədə ticarət dövriyyəsinin həcmi 279 mln. 136 min dollar təşkil edib: “Bunun 103 mln. 599 min dolları ixracın, 175 mln. 537 min dolları idxalın payına düşür”.

Facebook Şərhləndirmə:

“Sumqayıt Baş Gömrük İdarəsi dövlət büdcəsinə ödənişləri artırıb” yazısına bir cavab

  1. Azər deyir:

    Baş gömrük İdarəsinin ödənişləri ona görə artıb ki,onlar idxal olunan malların dəyərini süni surətdə artıraraq iş adamlarının gömrük ödənişlərinin dəyərini artırıblar.Bu isə həmin iş adamlarına həddindən artıq zərər vurur,amma son nəticədə daxili bazarda qiymətlərin süni artirilmasına gətirib çıxarır ki,Prezident də dəfələrlə bu hallra qarşı mübarizə aparmağın zəruriliyini qeyd edib.Məsələn,mənim dostlarım sövdələşmə qiyməti 37000 manat olan idxal malına görə 6700 manat ödəməli olduqları halda,Sumqayıt əşmrük idarəsi hamin malın qiymətini özbaşına və qanunsuz olaraq 60000 yazmaqla onarı 11000 manat ödəməyə məcbur edib.bu isə qanuni ödənməli rüsumdan təxminən 2 qat artiqdir.Bu da uöurun sirri.Hazırda Gömrük İfarəsinin bu hərəkətlərindən məhkəməyə şikayət verilib və nəticəsini gəzləyirik.(ardı var)

Şərhinizi yazın