Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsində yubiley

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2016 • Baxış sayı: 426 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Bələdiyyəsinin Təşkilat Şöbəsinin müdiri Gülrəng Cümşüdovanın 65 illik yubileyi qeyd edilib.

225_XQ95M9XMCFk3

Gülrəng xanım Cümşüdova 4 may 1951-ci ildə Laçın rayonunun Mığıdərə kəndində anadan olmuşdur. Ali təhsilə yiyələndikdən sonra müəllimlik fəaliyyətinə başlamışdır.Uğurlu müəllimlik fəaliyyətinin nəticəsidir ki, Maarif Nazirliyinin qərarı ilə “Baş Müəllim” adına layiq görülmüş, Təhsil Nazirliyinin qərarı ilə “Metodist müəllim”, “Ali kateqoriyalı müəllim” adına layiq görülmüşdür.

1993-cü ildə Qubadlı rayonunun işğalı nəticəsində Sumqayıt şəhərində məskunlaşmışdır. Sumqayıt şəhəri bu xanımım həyatında böyük rol oynamışdır. Belə ki, müəllimlik fəaliyyəti ilə yanaşı Azərbaycan Respublikasının “Qubadlı rayonu “Şəhid anaları xeyriyyə mərkəzi”nin sədri vəzifəsində çalışmış, 1999-cu il 12 dekabr tarixində Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir. Həmin vəxtdan  etibarən Sumqayıt Bələdiyyəsi icra aparatının təşkilat şöbəsinin müdiri vəzifəsində və 2002-ci ildə yaradılmış Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.1966-cı ildən üzvü olduğu Həmkarlar İttifaqında daimi fəal çalışmış, bütün Həmkarlar İttifaqının tədbirlərində iştirak etmişdir.

Gülrəng xanım bələdiyyə üzvü olduğu dövrdə Azərbaycan Respublikası Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı tərəfindən 24 sentyabr 2004-cü il tarixdə bələdiyyə işində səmərəli fəaliyyətinə görə “Bələdiyyə Bayrağı döş nişanı” ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının 15 illiyi münasibəti ilə 10 aprel 2008-ci il tarixdə Həmkarlar İttifaqı hərəkatında xidmətinə görə “Yubiley medalı” ilə təltif olunmuşdur.

Şəhərin ictimai həyatındakı fəallığına görə bu yaxınlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin və şəhər Bələdiyyəsinin Fəxri Fərmanları ilə təltif edilmişdir.

 Gülrəng Cümşüdovanı təbrik edir, ona can sağlığı və işlərində uğurlar arzulayırıq…

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın