Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüş keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2011 • Baxış sayı: 317 dəfə • 1 şərh

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 27 aprel 2011-ci ildə Sumqayıt Dövlət Universitetinin böyük akt zalında tələbə gənclərlə “Gənclər narkomaniya əleyhinədir!” devizi altında maarifləndici xarakterli görüş keçirmişdir. Görüşdə çıxış edən Sumqayıt Dövlət Universitetinin prorektoru professor Nizami Namazov görüşün mahiyyəti haqqında iştirakçılara məlumat vermişdir.

Görüşdə çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov narkomaniyanın fəsadları və zərərləri haqqında məlumat verərək gənclərin sağlam həyat tərzi keçirilməsi istiqamətində təməli Ümummilli Lider Heydər Əliyevin tərəfindən qoyulan və bu gün də ölkə prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasətin nailiyyətlərindən, Baş İdarənin bu sahədəki fəaliyyətindən danışmışdır.  O, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizovun şəhər gəncləri arasında narkotik vasitələrin  istifadəçilərinin çoxalmasının gənclərin əsas problemlərindən biri hesab etdiyini və bu sahədə ardıcıl fəaliyyətin vacib olduğunu iştirakçıların nəzərinə çatdırmışdır. Musa Həsənov narkomaniyaya qarşı mübarizədə gənclərin rolundan bəhs edərək maarifləndirmə prosesində bütün gənclərin fəal iştirak etməsinin vacib bir amil olduğu qeyd etdiSonra narkomaniyaya qurşanan şəxslərin acı taleyindən bəhs edən qısametrajlı film nümayiş etdirilmişdir. Filmdən sonra çıxış edən tələbələr narkomaniyanın zərərlərindən, yaranma səbəblərindən və nəticələri haqqında öz fikirlərini söylədilər. Görüşdə iştirakçıları maarifləndirici bukletlər paylanılmışdır.

Facebook Şərhləndirmə:

“Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüş keçirildi” yazısına bir cavab

  1. imran.kerimov deyir:

    Bunlara baxanda lap sovet dövrü yadıma düşür.Bircə arxada yuxarıda asılan SOVİKOPenin GERBİ çatışmır.

Şərhinizi yazın