Menu
Geri İrəli

Sumqayıt gəncləri ekoloji maarifləndirmə aksiyasına qoşulublar

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyul 2017 • Baxış sayı: 948 dəfə • Şərh yoxdur

Sumqayıt gənclərindən ibarət könüllülər qrupu Xəzər dənizi sahilində yaradılan bulvar kompleksdə “Sumqayıt evimizdir – evimizi təmiz saxlayaq” devizi altında ekoloji maarifləndirmə və təbliğat aksiyasına başlayıblar.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən aksiyaya şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənc könüllülər qoşulub. Ekoloji aksiyanın əsas məqsədi şəhər sakinlərinin kütləvi gəzinti məkanına çevrilən bulvarda yaradılan şəraitdən səmərəli istifadə etmək, təmizliyi və yeni salınan yaşıllıq ərazini, müxtəlif personajları özündə əks etdirən heykəlləri qorumaq, habelə əhalinin maarifləndirilməsindən ibarətdir.

150027863855591814_1000x669 15002786383515722198_1000x669 1500278638369276313_1000x669 1500278638675442182_1000x669 1500278638980939321_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın