Menu
Geri İrəli

Sumqayıt kimyaçıları talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyasında iştirak ediblər

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2016 • Baxış sayı: 540 dəfə • Şərh yoxdur
Dekabrın 6-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talasse-miyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün 2010-cu ildən bəri davamlı olaraq keçirilən növbəti qanvermə aksiyasıva start verilmişdir.
“Azərikimya” İB-nin dəvəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik xüsusi tibb briqadası tərəfindən aparılan və iki gün davam edən qanvermə aksiyasının ilk günündə Birliyin Etilen-polieti-len zavodundan könüllü müraciət etmiş 200-ə yaxın kimyaçı müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra onların 110 nəfərindən qan götürülmüşdür.
Aksiyanın ikinci günündə – dekabrın 7-də isə Təmir-tikinti İdarəsinin və “Azərikimya” İB-nin baş ofisinin əməkdaşları minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü hümanitar aksiyada iştirak etmiş və 100 nəfərdən artıq işçi qan vermişdir. Bununla da iki gün ərzində “Azərikimya” İB üzrə 220 nəfərə yaxın kimyaçı bu xeyirxah aksiyada iştirak edərək, talassemiyalı xəstələr üçün qan vermişdir.
Qanvermə aksiyasında “Karbamid” zavodunun əməkdaşları və respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin bir qrup könüllüsü də iştirak etmişdir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın