Menu
Geri İrəli

“Sumqayıt şəhərindən işçi götürüb və ondan vaxtında işdə olmağı tələb edirsə…”

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2014 • Baxış sayı: 558 dəfə • Şərh yoxdur

cavid“Bu məsələdə fərdin psixoloji tərəfləri ilə yanaşı sosial amillər də var. Azərbaycan reallığında sosial amillər fərdi psixoloji xarakteri üstələyir. İlk növbədə əmək bazarında olan problemlər, o cümlədən idarəetmə və işlərin fərdin bacarıqlarına uyğun olmaması da bu prosesə təsirsiz ötüşmür. Digər tərəfdən ölkədə mövcud nəqliyyat sistemi, tıxaclar və iş yerlərinin insanın yaşadığı icmadan kənarda olması faktları da var.” Bu sözləri FaktXeber.com-a sosioloq Cavid İmamoğlu insanların işə gecikmə problemlərinin səbəbləri ilə bağlı açıqlama verərkən qeyd edib.

Müsahibin sözlərinə görə, əgər Avropa reallığında bir insan işə getmək üçün velosipeddən istifadə edib 15-20 dəqiqəyə iş yerinə çatırsa, Azərbaycan reallığında ictimai və ya şəxsi maşınlardan istifadə etməsən işə getmək mümkün olmur: “Əksər vaxt iş yerləri insanların yaşadığı ərazilərdən ən azı 20 km aralıda olur ki, bu da kifayət qədər uzun məsafədir. Təbii ki, buna təsir edən ən birinci amil ölkədəki iş yerlərinin əsas etibarı ilə mərkəzdə cəmləşməsidir. Bütün idarələr, o cümlədən özəl və dövlət idarələri məhz şəhərin mərkəzindədir. Bütün bu faktorlar zaman-zaman insanda xroniki yorğunluq yaradır. Belə ki, gününün böyük əksəriyyətini yollarda keçirən işçilərin işə vaxtında çatmaq və ya gecikmək kimi həssasiyyətləri qalmır. Sanki, bir neçə müddətdən sonra artıq gecikmə psixoloji xarakter kimi möhkəmlənir. İlkin vaxtlar, “avtobus gec gəldi”, “tıxac var idi”, “yollar buz idi”, “evdəkilər xəstələnmişdi”, “uşaqları bağçaya qoyuram” kimi səbəblər gətirilir və daha sonra artıq bu səbəblərə də ehtiyac qalmır. Ümumiyyətlə, bizim reallıqda vaxtı idarəetmək çox çətindir.”

İiş yerlərində işçilərin gecikməsinə görə olan cərimələrin tamamilə əleyhinə olduğunu söyləyən sosioloq, “bu cərimələr o şərtlər daxilində olar ki, şirkət ofisinə öz icmasından işçi götürər və onlardan gecikməməyi tələb edər. İndiki halda isə bütün şirkətlər şəhərin mərkəzində ofis açıb, Sumqayıt şəhərindən işçi götürüb və ondan vaxtında işdə olmağı tələb edirsə, bu bir az məntiqə uyğun olmur”, – deyə bildirdi: “Digər tərəfdən isə idarələrdəki insan resursları şöbələrində işləyən işçilər yaxşı psixoloq olmalı və işçilərdə motivasiya yaratmağı bacarmalıdırlar. Əgər vaxtın idarəetməsi ilə bağlı işçilərdə problem varsa, onları əlavə təlimlərə cəlb edə və işçilərə bu kimi bacarıqları verə bilərlər. Təəssüflər olsun ki, bütün bu sadaladığımız şərtlər təmin olunmadığı halda bu gün şirkətlər sərt cəza tədbirləri qoyurlar ki, bu da onsuzda maaşı aşağı olan insanların aylıq gəlirlərinə təsirsiz ötüşmür. Maraqlısı da budur ki, bu cür qısa müddətli cəza tədbirləri də işçilərin gecikməyinin qarşısını ala bilmir.”
Xəyal Şükür

Facebook Şərhləndirmə:

Şərhinizi yazın