Menu
Geri İrəli

“Sumqayıt şəhərinin ikinci əsas girişindəki yolda gölməçə yaranıb” – ŞİKAYƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2014 • Baxış sayı: 544 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərinin ikinci əsas girişi sayılan ”Daş bazarı” ətrafındakı obyektlərdə müəyyən abadlıq işləri aparılsa da bu ərazidəki yolların vəziyyəti bərbad olaraq qalır.

Bu barədə sumqayitxeber.com saytına şəhər sakinləri tərəfindən şikayət məktubu daxil olub. Müraciətdə qeyd olunur ki, Sumqayit şəhərinin ikinci əsas girişi sayılan 17-ci mikrorayon ərazisindəki 1-ci dayanacağın ətrafı bərbad vəziyyətdədir. Belə ki, ərazidə çirkab suların axması üçün infrastrukturun olmaması yağış yağarkən bu ərazidə böyük gölməçənin yaranması ilə nəticələnir. Burada sakinlərin hərəkət etməsi qeyri mümkündür. Yağış suları məktəblilərin və yaşlı insanların hərəkətini çətinləşdirir.”

yaqis

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın