Menu
Geri İrəli

Sumqayıt Texnologiyalar Parkı 4 sahə üzrə işçi axtarır – VAKANSİYA

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2017 • Baxış sayı: 1,457 dəfə • Şərh yoxdur
Share Button

stpSumqayıt Texnologiyalar Parkı MMC işçi axtarır.

sumqayitxeber.com xəbər verir ki, Mühəndis-Texnoloq üzrə çalışmaq istəyən şəxslər müraciət edə bilər.

Vəzifənin adı: Mühəndis-Texnoloqlar (Polimer məmulatlar sahəsi üzrə – 1 nəfər, Maşınqayırma sanayesi üzrə – 1 nəfər, kabel istehsalı üzrə – 1 nəfər, Metallurgiya üzrə – 1 nəfər.)

Vəzifə öhdəlikləri:

• Zavod və sexlərdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
• Zavod və sexləri tələb olunan normativ sənədlərlə (standartlar və texniki şərtlərlə), layihə-konstruktor sənədləri ilə tanış edir;
• Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasında yaxından iştirak edir;
• Texnoloji aqreqatlarda əmələ gələn istehsal qəzaları səbəblərinin araşdırılmasında və qəzaların qarşısının alınması tədbirlərin işlənməsində iştirak edir;
• Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak edir, texnologiyanın vaxtlı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır;
• Zavod və sexlərdə normativ sənədlərin tələblərinin pozulması halları barədə şöbə rəhbərliyinə məlumat verir;
• Zay və keyfiyyətsiz məhsul buraxılışının səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin hazırlanmasında fəal iştirak edir;
• Texnologiya və istehsal proseslərinin təkmilləşdirilməsi üçün elmi-tədqiqat və layihə-konstruktor işlərinin nəticələrinin tətbiq olunması istiqamətində zavod və sexlərə köməklik göstərir;
• Zavod və sexlərdəki istehsalat texnoloqlarına, onların vəzifə öhdəliklərini yerinə yetirməkdə yardımçı olur;
• Şöbə müdirinin göstərişi ilə “STP” MMC-nin başqa zavod və sexlərinə aid digər işləri yerinə yetirir.

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və  Mərkəzi  Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalı;
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalı.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: recruitment@stp.az

sumqayitxeber.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın