Menu
Geri İrəli

Sumqayıtçay “qaynar nöqtə” olaraq qalmaqdadır

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2017 • Baxış sayı: 578 dəfə • Şərh yoxdur

ekologiyaEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ötən il ərzində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansında olan bioloji və mexaniki təmizləyici qurğuların fəaliyyəti yoxlanılıb. Ətraf mühitin mühafizəsi istiqamətində Bakı şəhərinin sahil zolağında keçirilən monitorinqlər nəticəsində Pirallahı və Sahil bioloji təmizləyici qurğularından, Zığ mexaniki təmizləyici qurğusundan, “Keşlə”, “Əhmədli”, “Köhnə Günəşli” yağış suları kollektorlarından, Hövsan və “32-ci kanal”dan, Qaradağ rayonunun Ələt qəsəbəsindəki axarlardan təhlillər üçün götürülmüş su nümunələrində kimyəvi çirkləndirici komponentlərin miqdarının normadan artıq, mikrobioloji baxımdan çirkli olduğu müəyyən edilib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən məlumat verilib.

Bakı şəhərinin Qaradağ, Xəzər və Sabunçu rayonlarının sahil zolağında keçirilmiş ekoloji monitorinqlər zamanı sahil zolağında yerləşən qəsəbələrdə formalaşan tullantı suların təmizlənmədən dənizə və sahil zolağına axıdılması, eyni zamanda bərk məişət tullantılarının sahil zolağına atılması nəticəsində bataqlıqlaşmış sahələrin yaranması müşahidə edilib.

2016-cı il ərzində Sumqayıt inzibati rayonu ərazisinin “Hacı dərəsi”, “Azərboru” kollektoru, H.Z.Tağıyev adına və “Kimyaçılar” qəsəbələrində formalaşaraq dənizə axan tullantı sularından götürülmüş su nümunələrində kimyəvi çirkləndirici komponentlərdən ammonium ionu, nitritlər, sintetik səthi aktiv maddələr və oksigenə biokimyəvi tələbat normadan artıq, mikrobioloji baxımdan çirkli olduğu müəyyən edilib. Sumqayıtçayın ətrafında yerləşən müəssisələrin tullantıları bu çay vasitəsilə dənizə axıdıldığı üçün bu çay “qaynar nöqtə” olaraq qalmaqdadır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın