Menu
Geri İrəli

Sumqayıtda əcaib olay: var-dövlətini qaraçıya verib, çöllərə düşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2013 • Baxış sayı: 260 dəfə • Şərh yoxdur
Share Button

olaySumqayıt şəhərində dələduzluq hadisəsi baş verib. 18-ci mikrorayon ev 10, mənzil 5-də yaşayan Xuraman Qiyasova Lent.az-a şikayət edərək, aldadıldığını və evindən pul, qızıl-zinət əşyalarının aparıldığını bildirib.

 O, hadisəni belə nəql edib: “Dekabrın 5-də saat 11:30 radələri olardı. Evdə məndən başqa heç kim yox idi. Çöl qapımız qarşısında təmizlik işləri aparırdım. Bu zaman yuxarı mərtəbədən düşən 45 – 50 yaşında qadını gördüm. Ona yol vermək istəyirdim ki, mənə özünü təqdim etdi. Bakının Şüvəlan qəsəbəsindəki Mirmövsüm ağa məscidindən gəldiyini və “Məni sənin qapına Allah göndərib” dedi. Sonra da əlavə etdi: “Yaxın günlərdə ailənizdən qara xəbər çıxa bilər. Mənzilinizdən 2 meyit çıxacaq: atan və qardaşın dünyasını dəyişəcək”.

 Bundan sonra “Allahın elçisi” faciəvi hadisəni önləməyin yolunu da açıqlayıb. Qiyasovanın sözlərinə görə, “xeyirxah qonaq” ondan evdəki pul, qızıl-zinət əşyalarını verməsini istəyib: “Mənə dedi ki, qiymətli əşyaları aparıb Sumqayıtın Corat qəsəbəsindəki məscidin başına dolayacaq və uzağı bir saatdan sonra gətirib özümə qaytaracaq. Tanıyanlar bilir ki, mən belə şeylərə inanan deyiləm. Sadəcə, necə hipnoz etdisə, gətirib evdəki qızılları verdim”.

 Gənc qız yaşlı qadının geri qayıdacağını səbirsizliklə gözləyib. Gəlmədiyinə əmin olduqda qonşularının məsləhəti ilə 102 xidmətinə şikayət edib. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsində cinayət işi açılıb. Qiyasovanın sözlərinə görə, bölmədən onunla əlaqə saxlayaraq, müxtəlif qadınların şəkli göstərilib: “Mən şəkillərdən birindəkini o qadına bənzətdim. Qonşumuza da göstərdik. O da tanıdı və dilənçi kimi pul verdiyini dedi”.

 Sumqayıtda belə bir hadisənin baş verdiyi polis bölməsinin növbətçi hissəsindən də təsdiqlənib. Adının çəkilməsini istəməyən bölmə əməkdaşı Lent.az-a bildirib ki, hazırda dələduzluq edən qadının tapılması istiqamətində iş gedir: “Bu dərəcədə avamlıq olmaz. Bir var evindən gəlib oğurluq etsinlər, bir də var qapını döyən olmasın, özün öz əlinlə bir torbada qızıl-zinət əşyasını, hələ üstəlik 20 manat taksi pulu verəsən. Qızın anası süpürgəçi, atası müəllim işləyir. Minbir əziyyətlə pul qazanırlar. 30-40 il işləyib evlərinə qızıl alıblar. Onu da övladı əli ilə aparıb verib dilənçiyə. O dələduzdan ötrü 2 gündür Bakıda, Abşeronda gəzmədiyimiz yer qalmayıb. Biz də istəyirik ki, kömək edək. Amma həmin qadın qaraçıdırsa, onlar bir yerdə çox qalmırlar. Tez-tez kirayə qaldıqları yerləri dəyişirlər”.

 Qeyd edək ki, dələduz qadının tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam edir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın