Menu
Geri İrəli

Sumqayıtda 57 ilin “Volqa”sı: əsasən bəy-gəlin maşını üçün istifadə olunur – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2017 • Baxış sayı: 871 dəfə • Şərh yoxdur

5960fe8ca6ef9_volqa (1)Sumqayıt sakini sovet istehsalı olan “Qaz 21″ Volqa maşını ilə şəhər sakinlərinin diqqət mərkəzindədir. Sahibi əsasən bəy-gəlin maşını üçün istifadə olunan “Qaz 21″ə son vaxtlar tələbatın atrdığını deyir.

Xezerxeber.az-ın məlumatına görə, 1960-ci ildə istehsal olunan avtomobil hələ də saz vəziyyətdədir.

Bu avtomobilə əsasən toy edən gənclər maraq göstərirlər.

Sumqayıtda 1960-cı ilin istehsalı olan “Qaz 21″ Volqa avtomobili öz yaşıdı olan sahibini hələ darda qoymayıb. Hətta ona pul da qazandırır. Retro avtomobilin sahibi 57 yaşlı Ərəstun Paşayev deyir ki, toy edənlər gəlin maşını üçün onun avtomobilini seçirlər.

O, öz avtomobili ilə Bakı-Sumqayıt, eləcə də bölgələrimizdə şad günlərdə iştirak edir.

Ərəstun Paşayev deyir ki, avtomobil saz vəziyyətdədir. Müəyyən yerində hər hansı bir nasazlıq hiss edərsə, o özü ona əl gəzdirir. “Volqa”nın sahibi artıq bir neçə ildir şəhid ailələri üçün pulsuz xidmət göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Facebook Şərhləndirmə:

Şərhinizi yazın