Menu
Geri İrəli

Sumqayıtda bayram yarmarkaları təşkil ediləcək- ÜNVANLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Dekabr 2016 • Baxış sayı: 865 dəfə • Şərh yoxdur
Share Button

dsc_0023Bayram günlərində Bakı və Sumqayıt şəhərlərində bayram yarmarkaları təşkil ediləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 24-31 dekabr tarixlərində  fasiləsiz olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunacaq:

 Sumqayıt şəhəri üzrə (2 yerdə):

  -12-ci mikrorayon

-köhnə avtovağzalın yanı

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın