Menu
Geri İrəli

Sumqayıtda çörək sexi yenidən qurulacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Dekabr 2010 • Baxış sayı: 270 dəfə • Şərh yoxdur

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sumqayıt şəhəri üzrə sahibkarlıq subyektlərindən bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Fonddan verilən məlumata görə, müasir tələblərə cavab verən yüngül sənaye sahələrinin yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması, müasir tələblərə cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması, istixana (istixana şəraitində faraş tərəvəz istehsalı) və broyler (ətlik istiqamətli quşçuluq) təsərrüfatlarının yaradılması əsas istiqamətlər olaraq seçilib.
 Əfsun, “üç nöqtə”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın