Menu
Geri İrəli

Sumqayıtda dəhşət: arvadının gözü qarşısında başqa qadınlarla intim münasibətdə oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2015 • Baxış sayı: 1,183 dəfə • Şərh yoxdur

1351606753_zorlama-qadin“Yer üzərində 4 qadından biri zorakılığa məruz qalır. Zorakılığa məruz qalan qadınlar müxtəlif səbəblərdən polisə müraciət etmirlər. Məhz bu səbəbdən də dəqiq statistik məlumat mövcud deyil. Ötən il 11000 boşanma halı qeydə alınıb. Bu boşanmalardan üçdə biri məişət zorakılığı zəminində baş verən hadisələr səbəbindən yaranıb.”

Bu sözləri Xeberle.com-a açıqlamasında “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva deyib. Birlik sədrinin sözlərinə görə, Sumqayıtda 100 mindən çox qaçqın, müxtəlif bölgələrdən işləmək üçün gəlmiş və işsizlik ucbatından maddi durumu zəif olan ailələr yataqxanalarda məskunlaşıb: ”Bu ailələrin çox hissəsi 1 otaqlı mənzildə yaşayırlar. Bu ailələrdə olan xırda mübahisələr belə zorakılıq hallarına səbəb olur. Sumqayıtda olan yataqxanalardan bizə müraciət edənlər çox olur. Bir əlil qadının vəziyyətini nəzərinizə çatdırmaq istəyirəm. Ailə qurduqdan sonra əlil arabasına möhtac olmuşdu. Həyat yoldaşı tərəfindən yetkin övladlarının gözü qarşısında hər gün döyülürdü. Biz onlara gedəndə üz-gözü qan içində idi. Qızı ağlaya-ağlaya anasının üzünü silirdi. Hüquqşünasla getmişdik. Atası bizim orda olduğumuzu bilib səhəri gün rayondan gəlib dedi ki, o ölsə də orada qalmalıdır. Biz ikibaşlı qohumuq”.

Z. Mustafayeva daha dəhşətli bir faktla rastlaşdıqlarını diqqətə çatdırıb: ”Sumqayıtda bir gənc qızı əri hər gün döyürmüş. Bu azmış kimi onun əl-qolunu bağlayıb gözü qarşısında başqa qadınlarla intim münasibətdə olurmuş. Sonra da yenə onu döyüb deyirmiş ki, bax qadın belə olar. Bizə muraciət etdi. Boşanma və aliment məsələsini həll etdik. Həmin xanımın işə düzəlməsində də yardımçı olduq. Bununla yanaşı 49 yaşlı bir xanım da müraciət etmişdi. Deyirdi ki, əri evlilik dövründə ona işgəncə verib və spirtli içki qəbul edirdi. İndi də oğlu qız qaçırıb və oğlu da ona olmazın işgənclər verir. Deməli mühit və gen də təsir edib”.

Birlik sədri sözlərinə onu da əlavə edib ki, Sumqayıtda erkən nikahların sayında artım müşahidə olunur və bu da bu da məişət zorakılığına zəmin yaradır. O, vurğulayıb ki, erkən nikahlarla yanaşı, qız qaçırmaların da sayı artıb. Bu da insanların iqtisadi durumu ilə əlaqədardır: ”Erkən yaşda qızların ərə verilməsi yeməyə ortaq olanların azalması kimi başa düşülür. 15-16 yaşlı qızlar bəzən çox yaşlı kişilərə ərə verilir. Məişət zorakılığı artaraq cinayət xarakteri alıb. Belə ki, fiziki zorakılıq nəticəsində qəsdən adam öldürmə cinayələri artmaqdadır. Buna səbəb aqressivliyin, zərərli vərdişlərin, narkotik və içkiyə meylilliyin çoxalmasıdır. Çox təəssüf ki, bizim şəhərdə tələbat çox olsa da sığınacaq yoxdur.”

 

“Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyir ki, zorakılığa məruz qalan xanımların psixologiyasında ciddi problem yaranır. Psixoloq bu insanlara psixoloji dəstəyin göstərilməsinin heç də asan başa gəlmədiyini bildirib. Psixoloq çox acı hadisəylə qarşılaşan bir xanımın vəziyyətindən də söz açıb: ”Bir xanım var idi. Həyat yoldaşı 7 nömrəli marşrutda sürücü işləyirdi. Hər bir insanın qaranlıq, gizli, görünməyən və görünən tərəfləri olur. Həyat yoldaşı bu qadından istəklərini həyata keçirməyi tələb edirmiş. İstəyi həyata keçməyincə amansıca döyülürmüş. Və daha sonra onu stula bağlayaraq gözü qarşısında başqa qadınla cinsi aktı həyata keçirirmiş. Bu xanım gözlərini yumub baxmaq istəmədikdə isə yenidən döyülürmüş. Həyat yoldaşı onu amansızcasına döyüb tələb edirmiş ki, bizə baxmalısan. Əvvəllər bu kimi məlumatlar eşitdikdə düşünə bilərdik ki, bu uydurulmuş hadisə ola bilər. Amma bu gün baş verənlər reallıqdır.”

S. İsmayılova belə hadisəylə rastlaşan xanımın pisxologiyasının bərpasının həm psixoloqun, həm də yaxınlarının dəstəyi ilə bərpa etməyin mümkün olduğunu söyləyib. O, hesab edir ki, belə insanların özünəqiyməti yox dərəcəsində olur: ”Özünü hər kəsdən aşağı, eybəcər, lazımsız bilir. Yoldaşının dəfələrlə təhqirləri ona saymazlığı, özünə qarşı inam hissini yox edir. Bu kimi insanlar hər kəsdən qaçırlar, heç kimlə ünsiyyət qurmaq istəyirlər. Belə insanı ilk olaraq diqqətdən kənarda qoymamaq lazımdır. Onlara hər zaman diqqət etmək lazımdır. Bu insanların özünün qiymət hissini yüksəlməsinə, özünütəsdiq etməsinə kömək etmək vacibdir. Ən əsası odur ki, onları tək qoymamaqdır.”

 

 
R.ZEYNALLI/Xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın