Menu
Geri İrəli

Sumqayıtda əngəllərə düyün vuran zərif qəhrəman… -VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2016 • Baxış sayı: 892 dəfə • Şərh yoxdur
1480754769_312201625-reportaj-tekelduz-20-30Azərbaycanda 400 minə yaxın fiziki qüsurlu insan yaşayır. Onların müəyyən qismi cəmiyyət içində görünsə də, əksəriyyəti qapalı şəraitdə evində yaşayır. Lakin aralarında elələri də var ki, bu gün cəmiyyətdə aktiv həyat tərzi keçirir, əmək fəaliyyətləri ilə “biz də varıq” deməyi bacarır.
Onlardan biri də Sumqayıtda yaşayan təkəlduz sənətinin ustası Aybəniz Nəsirovadır. Aybəniz Nəsirova özünü bu sənətsiz təsəvvür edə bilmir. Dediyinə görə, gördüyü iş bütün problemlərini unutdurur, ruhunu dincəldir. İncə sənət növü ilə məşğul olan qadın elə incə bir missiyaya da imza atıb. Sapla işləməyi çox sevir. Bundan başqa muncuqla da əl işləri var.  Aybəniz xanım 26 ilə yaxındır sözügedən el sənətiylə məşğul olur. Bu illər ərzində işinin ustasına çevrilib. Bakıdakı orta məktəblərdən birində təkəlduz dərnəyinin rəhbəri və müəlliməsidir, şagirdləri var.  O, təmənnasız olaraq fiziki qüsurlu insanlara da bu sənəti öyrədir. Adı o qədər məşhur olmayan sənət növü qədimdən bugünə mirasdır. Nəsildən-nəsilə ötürülən təkəlduz qarmaqla vurulan zərif, bədii tikmə növüdür. Lakin Aybəniz xanımın tikmələrinə diqqət yetirdikdə adamda elə bir təsəvvür oyanır ki, sanki gördüklərimiz fırça ilə çəkilən miniatürlərdir. Əlindəki iynə uşaqlıq illərindən yerə düşməyib. Əsərlərinin rəssamı olan bu xanımın iynə fırçası, saplar isə boyasıdır. İndiyədək 500-ə yaxın əsər üzərində işləyib. Aybəniz xanım sənətində saysız uğurlar qazanıb. Təltiflərinin sayını unudub. Dəfələrlə sərgiləri nümayiş olunub, müsabiqələr keçirib. 100-dən artıq əsəri isə müxtəlif ölkələrdə onun simasında bacarıqlı Azərbaycan qadınını tərənnüm edib. 2007-ci ildə Heydər Əliyev Fondunun İsveçrə hökuməti ilə birgə keçirdiyi sərginin sertifikatı və qızıl medalı ilə təltif olunub. Hazırda Azərbaycanda bu qədim el sənətini yaşadan 100-lərlə sənətkar var. Sevindirici hal odur ki, son illər gənclərdə dekorativ sənətin bu zərif növünə maraq artmaqdadır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın