Menu
Geri İrəli

Sumqayıtda işçi axtarılır – əmək haqqı 1000 manat

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2017 • Baxış sayı: 3,009 dəfə • 1 şərh
Share Button

karyera isciƏməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə Mütəxəssis (Sumqayıt)

Vəzifə öhdəlikləri:

- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə siyasət və prosedurların hazırlanması və tədbiq edilməsi;
- Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə sənədlərin olmasını və onların düzgün aparılmasını nəzarətdə saxlamaq;
- İş sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə nəzarət;
- Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- Müəssisədə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
- Əməyin mühafizəsi  üzrə qanunvericilik  aktlarına  əməl olunmasına, dövlət orqanlarının qətnamə və qərarlarının, əməyin mühafizəsi və  təhlükəsizlik  texnikası norma və qaydalarının yerinə yetirilməsinə daim nəzarət etmək;
- Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq;
- Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirilməsi

Tələblər:

- Ali təhsil (ƏM və TT üzrə müvafiq ali təhsilli namizədlərə üstünlük veriləcək)
- Yaş həddi: 24-40 yaş
- MS Office proqramlarını bilməli
- Azərbaycan dili, rus dili biliyi vacibdir, ingilis dili arzuolunandır
- ƏM və TT üzrə ən azı 3 il iş təcrübəsi
- İxtisas üzrə sertifikatların mövcudluğu
- Məsuliyyətli, intizamlı, gərgin iş şəraitində işləmək bacarığı olmalı

İş qrafiki: həftənin 5 günü, saat 09:00 – 18:00, şənbə və bazar günü – istirahət günləri.

İşçi şirkət tərəfindən nəqliyyat və korporativ nömrə ilə təmin edilir.

Əmək haqqı: 1000 AZN

Maraqlananlar öz CV formalarını hrdcvacancy17@gmail.com ünvanına göndərə bilər.

Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda işçi axtarılır – əmək haqqı 1000 manat” yazısına bir cavab

  1. Ellada deyir:

    Bütün office proqramları mükəmməl bılırəm, rus dili-mükəmməl. ECDL sertifikatlñu
    Stajım 12

Şərhinizi yazın