Menu
Geri İrəli

Sumqayıtda polislər avtomobildə su kanalına düşən şəxsi xilas ediblər (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Avqust 2017 • Baxış sayı: 1,125 dəfə • 1 şərh
Share Button

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 2-nə keçən gecə saat 3.00 radələrində Sumqayıt şəhərinin “Qurd dərəsi” bağlar sahəsi ərazisində xidmət aparan Post Patrul Xidməti Bölüyünün iki əməkdaşı uzaqdan qəfil tormoz səsi eşidiblər.

Həmin səmtə üz tutanda ərazidən keçən kanala düşən avtomobilin işıqlarını görüblər. Tez hadisə yerinə qaçaraq, dərhal bu barədə xüsusi rabitə vasitəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinin Növbətçi hissəsinə məlumat veriblər.

Polis serjantları Elşad Aslanov və Rəşad Məmmədov hadisə yerinə çatan kimi maşında olan iki nəfəri xilas etmək üçün tez kanala düşüblər. Onlardan birini çətinliklə də olsa sudan dartaraq xilas edib kənara çıxarıblar. İkinci şəxsi xilas etməyə cəhd göstərsələr də, buna nail ola bilməyiblər.

Polis əməkdaşları xilas olunan şəxsə ilkin tibbi yardım göstəriblər.

Sumqayıt ŞPİ-nin rəhbərliyinin göstərişi ilə bütün xidmət sahələrinin əməkdaşları, həmçinin Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər.

Xilas olunan sərnişin – Sumqayıt şəhər sakini Elvin Məmmədov Təcili Tibbi Yardım əməkdaşlarına təhvil verilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən digər şəxsin meyiti tapılaraq sudan çıxarılıb.

Polis əməkdaşlarının təşkilatçılığı ilə “Mercedes” markalı avtomobil kranla kanaldan çıxarılıb.

Xilaskar polislər – polis serjantları Elşad Aslanov və Rəşad Məmmədov bir neçə ildir ki, daxili işlər orqanlarında xidmət edirlər.

polis_030817__(1) polis_030817__(2)

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda polislər avtomobildə su kanalına düşən şəxsi xilas ediblər (FOTO)” yazısına bir cavab

  1. niko deyir:

    Halal olsun post patrul polislerimize bir adamin heyatini xilas edibler.Qehramanliq gosteribler.

Şərhinizi yazın