Menu
Geri İrəli

Sumqayıtda qanvermə aksiyası

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Dekabr 2013 • Baxış sayı: 420 dəfə • Şərh yoxdur
Share Button

ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talasse­miyadan əziy­yət çə­kən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talas­semiyalı xəstələr üçün qanvermə aksiyası həftəsinə start verilib.

“Azərikimya” İB-nin dəvəti ilə Azərbaycan Respubliksaı Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Trans­fuziologiya İnsti­tutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik xüsusi tibb briqa­dası tərəfindən aparılan və həftə boyu davam edən qanvermə aksi­ya­sının ilk günündə Birliyin ən böyük müəssisəsi olan Etilen-poli­eti­len zavodunun 100-dən artıq əməkdaşı talas­se­mi­yadan əziy­­yət çəkən uşaqlar üçün qan verib.

Aksiyanın sonrakı günlərində Anbar təsərrüfatının, Təmir-tikinti və Nəq­liyyat və xüsusi texnika İdarələrinin işçiləri minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü hümanitar aksiyada iştirak ediblər.

Qanvermə aksiyası həftəsinin  sonuncu günü   “Azərikimya” İB-nin baş ofisinin və  «Kimya­layihə» İnstitutunun əməkdaşlarının, YAP-ın nümayəndələrinin eləcə də Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin  bu aksi­yaya qoşularaq qan verməsi ilə başa çatıb.

Qeyd edək ki, hər bir könüllü donordan  qan yerin­dəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra götürülüb.

qanverme

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təlimatçısı Manafova Sevinc

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın