Menu
Geri İrəli

Sumqayıtda sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni il şənliyi keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Dekabr 2013 • Baxış sayı: 541 dəfə • Şərh yoxdur

Həmrəylik günü və yeni il sevinci sağlamlıq imkanları məhdud olan uşaqlarla birgə

Yeni il ən sevimli bayramlardandır. Bu bayramın gəlişi  ən çox balacaları sevindirir. Bu münasibətlə 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilədekabrın 22 də Sumqayıt şəhərində yerləşən Turan restoranında Bakı Biznes Universitetinin “Biznes və Menecment “ fakultəsinin 722 saylı 2-ci kurs tələbələrinin  və QAC  Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə “əlil uşaqların sosial inteqrasiyası”layihəsi çərçivəsində olan sağlamlıq imkanları məhdud uşaqlar üçün tədbir keçirilib.

QAC Sumqayıt şəhər bölməsinin təlimatçısı Sevinc Manafova sumqayitxeber.com a açıqlamasında bildirib ki, yəşkil olunmuş tədbirdə QAC Sumqayıt şəhər  bölməsinin  “əlil uşaqların sosial inteqrasiyası layihəsindən”sağlamlıq imkanları məhdud olan uşaqlarla yanaşı ,11 saylı orta məktəbin inkulisiv siniflərində təhsil alan uşaqlar eləcə də  fərdi təhsil məktəbinin fiziki və əqli  cəhətdən qüsurlu olan uşaqları iştirak ediblər.Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların diqqət və qayğıdan kənar qalmaması olub.Tədbirin aparıcısı  tədbiri açıq elan edib.Daha sonra  QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova öz çıxışında hər kəsi salamlayıb,uşaqları 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə təbrik edərək qarşıdan gələn yeni ildə onlara yalnız gözəl,sevincli günlər yaşamağı arzu edib.Təbrikə Bakı Biznes Universitetinin “Biznes və Menecment”fakultəsinin 722 saylı 2-ci kurs tələbələri də qoşulub.

    Tədbir zamanı uşaqlar üçün milli və müasir rəqslər,illuziya şousu,rəngarəng çıxışlar ,digər sürprizlər təşkil olunub.Yeni ilin simvolu sayılan Şaxta baba və Qar qız isə uşaqların əyləncəsinə daha da rəng qatıb..Bundan əlavə Elnar Xəlilov,Vüqar Quliyev,Samirə Əfəndiyeva,Baris Bayramov,Rəhilə Quliyeva, azəristar Elşən Osmanov, xalq ulduzu  Musa Zeynalov və Faytonçu Nazim biri birindən gözəl ,rəngarəng ifaları ilə uşaqları sevindiriblər.Tədbirin sonunda isə uşaqlara hədiyyələr təqdim olunub.

weh kollektiv baba

Facebook Şərhləndirmə:

Şərhinizi yazın