Menu
Geri İrəli

Sumqayıtda sığınacaqlar yaradıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Fevral 2014 • Baxış sayı: 836 dəfə • Şərh yoxdur
Share Button

Getməyə yeri olmayanlar, öz rayonuna qayıda bilməyənlər, açıq havada işləyənlər üçün sığınacaqlar yaradılıb. 

Kəskin hava şəraitinin hökm sürməsi ilə əlaqədar paytaxtda olduğu kimi  Sumqayıtda da müvəqqəti sığınacaqlar təşkil edib.  Sığınacaqlar şəhərin 3-cü mikrorayonunda  12 mərtəbəli binanın qarşısında quraşdırılb.

Sığınacaqlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunub. Sığınacaqdan tüfeyli həyat keçirənlər, öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və digərləri bu xidmətdən istifadə edə bilərlər.

Qeyd edək bu tip sığınacaqlar Sumqayıtda ilk dəfədir  təşkil olunur. xeberle.com

siqinacaq

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın