Menu
Geri İrəli

Sumqayıtda sığorta işçiləri nə qədər qazanır – MAAŞLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2013 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur

maaslarAzərbaycanda sığorta sahəsində çalışanların ayıq əmək haqları fəaliyyət göstərdiyi ərazidən və vəzifədən asılı olaraq 223 manatdan 3200 manatadək dəyişir.
Bu barədə Vergilər Nazirliyinin qeyri-dövlət sektorunda orta aylıq əmək haqları ilə bağlı yaydığı məlumatda bildirilir. Müxtəlif sahəltəər üzrə peşə və vəzifələrin əmək haqları göstərilən məlumatdan aydın olur ki, sığrta şirkətlərində ən yüksək əmək haqqını idarə heyətinin sədrləri alırlar. Onların orta aylıq əmək haqları respublikanın hansı şəhərində fəaliyyət göstərməsindən asılı olaraq 1471 manatdan 3201 manat arasında dəyişir. Maraqlıdır ki, ən yüksək aylıq əmək haqqı Bakıda yox Gəncədədir.  Belə ki, bakıda İH sədrinin orta əmək haqqı 2677 manat olduğu halda Gəncədə bu rəqəm 3201 manat təşkil edir.
Maaşların həcminə görə sonrakı yerləri proqramçılar, mühasiblər, xəzinədarlar, sığorta agentləri və iqtisadçılar, sonuncu yeri isə kompüter operatorları tutur.
Əhalinin daha geniş təbəqəsi üçün maraqlı olan sığorta agentlərinin aylıq əmək haqları Bakıda 808 manat, Sumqayıtda 656 manat, Gəncədə 966 manat, Lənkəranda isə 444 manat təşkil edir.

Cədvəl. Sığorta və pensiya təminatısahəsində çalışanların əmək haqları (manatla)

Peşə və vəzifələr Bakı Sumqayıt Gəncə Lənkəran
İdarə heyətinin sədrləri 2677.3 2172.8 3201.5 1471.1
İqtisadçılar 660.4 535.9 789.6 362.9
Mühasiblər 842.9 684.0 1007.9 463.1
Xəzinədarlar 831.7 675.0 994.5 457.0
Kompüter operatorları 406.7 330.1 486.3 223.5
Proqramçılar 1555.9 1262.7 1860.5 855.0
Sığorta agentləri (müvəkkillər) 807.7 655.5 965.8 443.8

Mənbə: Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsi, fins.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın