Menu
Geri İrəli

Sumqayıtda tənha və kimsəsiz qocaları sevindirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2013 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur

1546185_565578300184979_1702226401_n

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “12” may şirkəti həmrəylik nümayış etdirərək QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan tənha və kimsəsiz qocaları sevindirdilər Yeni ilin gəlişi balacadan böyüyə hər kəsi sevindirir.

Dekabrın 27-də Sumqayıt şəhərində fəaliyyət göstərən “Turan”restoranında Az.QAC-ın 31 dekabr “Dünya azərbaycanlılarının həmrəyliyi günü”münasibəti ilə elan etdiyi kampaniya çərçivəsində QAC Sumqayıt şəhər bölməsi və “12” may şirkətinin birgə əməkdaşlığı ilə bölmənin qeydiyyatında olan tənha-kimsəsiz qocalar üçün bayram tədbiri keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd belə bir gündə tənha-kimsəsiz qocaların diqqət və qayğıdan kənar qalmaması olub.Tədbirdə “12”may şirkətinin icraçı direktoru Pərviz Əzimzadə və şirkətin digər əməkdaşları,Az.QAC-ın vitse prezidenti Qafar Əsgərzadə, Az. QAC-ın icraçı katibi Bayram Vəliyev ,Az.QAC-ın humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov,Az.QAC-ın informasiya şöbəsinin müdiri Seymur Hümbətov eləcə də Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov iştirak edib QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tədbiri açıq elan edərək tədbir iştirakçılarını salamlayıb,hər kəsi o cümlədən tədbirdə iştirak edən tənha və kimsəsiz qocaları “31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il” münasibətilə təbrik edərək qarşıdan gələn yeni ildə onlara yalnız gözəl,sevincli günlər yaşamağı arzu edib.Tədbirdə iştirak edən qonaqlar da cıxış edərək təbrikə qoşulublar.Tədbir zamanı tənha və kimsəsiz qocalar rəngarəng musiqi səadaları altında rəqs ediblər.Bundan əlavə tanınmış estrada ulduzlarının çıxışları tədbirə daha da rəng qatıb.Tədbirin sonunda isə “12”may şirkəti tərəfindən hazırlanmış ərzaq bağlamaları qocalara təqdim olunub.

QAC Sumqayıt şəhər bölməsinin təlimatçısı Manafova Sevinc

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın