Menu
Geri İrəli

Sumqayıtda xeyriyyə aksiyasına yekun vurulub -FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2016 • Baxış sayı: 944 dəfə • Şərh yoxdur
sumqayitxeber.com xəbər verir ki, «Azərikimya» İstehsalat Birliyinin respublika «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı ilə birgə keçirdiyi növbəti «Mərhəmətli olmağa tələsin» xeyriyyə aksiyasına yekun vurulub.
Tədbirdə «Azərikimya» İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və Respublika «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova altı ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas məramından danışaraq, bu aksiyada məqsədin ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasında yardımçı olmaq, onların uşaq dünyasına yeni rəng qatmaqla onlara sevinc bəxş etmək olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Qeyd olunub ki, bu aksiyaya noyabrın 16-da 50-yə yaxın idarə və müəssisənin nümayəndələrinin iştirakı ilə “Azərikimya” İB-nin akt zalında start verilmiş və nəticə etibarilə bu günkü yekun tədbirində aztəminatlı ailələrdən olan, bir və hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olan, həmçinin fiziki qüsurlu 180 nəfər uşağa “Azərikimya” İstehsalat Birliyi, “Etilen-polietilen” zavodu, SOCAR-ın Marketinq İdarəsi, şəhər səhiyyə şöbəsi, “Unikal” və “Qəlb” klinikaları, şəhər Bələdiyyəsi, Paşa Həyat Sığorta şirkəti, “Sumqayıt” Peşəkar Futbol Klubu, “Ustay” şirkəti, Su-kanal idarəsi, Alyans-textil fabriki, “Meqapolis”, “Bi plast”, “L-plastik”, “Sabina – 2013” firmaları, “Reduco” Tədris Mərkəzi və digər müəssisələr tərəfindən təqdim olunub, müxtəlif təzə və isti qış geyimləri paylanılıbdır.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev tədbirdə çıxış edərək, bu xeyirxah təşəbbüsə qoşulan idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını ifadə edibdir.
Xeyriyyə tədbiri növbəti ildə də davam etdiriləcəkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın