Menu
Geri İrəli

Sumqayıtın gənclərdən ibarət dəstəsi: 300-ə yaxın könüllünün təmənnasız fəaliyyəti – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2017 • Baxış sayı: 516 dəfə • Şərh yoxdur
Share Button
1512464204_dsc_0130“5 dekabr – Beynəlxalq Könüllülər günü ölkəmizdə hər il yüksək səviyyədə qeyd edilir. Sevindirici haldır ki, bu gün gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq olduqca böyükdür. Könüllülər öz maraqları, şəxsi bacarıq və qabiliyyətləri vasitəsilə ayrı-ayrı fərdlərə, qurumlara, bütövlükdə isə cəmiyyətə xidmət göstərir, bunun müqabilində isə heç bir maddi, mənəvi qazanc ummurlar. Onların qazancı sadəcə özlərinə hörmət və dəyər olur”.
Bu sözləri Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov bildirib.
C.Hüseynov qeyd edib ki, şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəstəyi sayəsində şəhərimizdə artıq gənclərdən ibarət könüllülər dəstəsi də formalaşıb: ” Xüsusilə qeyd edək ki, 2016 – 2017-ci illərin yay aylarında şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Bulvarında, Heydər Əliyev və Nəsimi Parklarında “Sumqayıt Evimizdir – Evimizi Təmiz Sağlayaq” devizi altında təşkil olunan ekoloji maarifləndirmə aksiyasında 150-yə yaxın könüllü gənc iştirak edib. Son günlərdə isə şəhər rəhbərliyinin təşəbbüsü ilə şəhərimizin yenilişən nəqliyyat infrastrukturunda sərnişin – sürücü münasibətlərinin tənzimlənməsi, düzgün davranış qaydalarının təbliği istiqamətində “Nəqliyyat Könüllüləri” adı altında könüllülər qrupu formalaşdırılıb və gənclərimiz öz təşəbbüsləri ilə bu fəaliyyətə qoşulublar”.
O, həmçinin Sumqayıt Gənclər Evinə 120-ə yaxın könüllünün cəlb olunduğunu bildirib:
“Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Sumqayıt Gənclər Evi”ndə 2015-ci ildən etibarən Baş İdarənin təşkilatçılığı ilə könüllülük fəaliyyəti təşkil olunur. Artıq V könüllülük buraxılış fəaliyyətini yekunlaşdıran Gənclər Evinə 120-ə yaxın könüllü gənc cəlb edilib ki, onlar da təyin olunmuş müddət ərzində intizamlılıq, xoşrəftarlılıq, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərə yiyələnirlər ki, bu da onların gələcək həyat və karyeralarına müsbət təsirini göstərir”.
Elnarə Salamova, Xeberle.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın