Menu
Geri İrəli

Sumqayıtlı QHT rəhbəri: “Toylarda da qayda-qanun yaratmağın vaxtı çatıb”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2014 • Baxış sayı: 568 dəfə • Şərh yoxdur

Sahib ferzeliyev“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Fərzəliyev yas və toy mərasimlərinin təşkilində israfçılıq hallarının mövudluğundan narazılığını ifadə edib.

Sahib Fərzəliyev facebook səhifəsində bu barədə yazıb. sumqayitxeber.com statusu olduğu kimi təqdim edir:

“Şadlıq sarayları istisnasız bütün toy sahiblərinə öz şərtlərini diqtə edir, nəticədə vətəndaş bahalı menyular sifariş etmək məcburiyyətində qalır. Adətən razılaşma belə olur ki, toy sahibi mərasim bitdikdən sonra məclisdə yığılan pulu şadlıq sarayının rəhbərliyinə çatdırmalıdır. Bəzən elə hallar olur ki, ev sahibi toyda gərəkən miqdarda pul toplaya bilmir. Şadlıq sarayının rəhbərliyinin isə tələb etdiyi pulun tamamını toplamayınca bəylə gəlini girov götürdükləri barədə xəbərlərə də rast gəlirik. Toylarda masa üzərinə qoyulan yeməklərin həcmi və çeşidi o qədər çox olur ki, onun 80 faizindən istifadə olunmur və sonra şadlıq saraylarının həmin istifadəsiz ərzaqdan necə istifadə etdiyi bilinmir. Toya gedirsən, musiqinin səsindən qulaqların tutulur, qohum və dostla kəlmə də kəsə bilmirsən. Ona görə də düşünürəm ki, toylarda da qayda-qanun yaratmağın vaxtı çatıb. Əgər bunu inzibati yollarla həll etmək mümkün deyilsə, hamı bir-birindən çəkinirsə, vətəndaş “yaxşı deyil” deyib başqalarıyla yarışmaq məcburiyyətində qalırsa, demək, məsələni qanun səviyyəsində tənzimləmək lazımdır. Bu, vətəndaşlarımızı həm israfçılıqdan, həm də borclanmadan qurtarar. Qanun layihəsində yas və toy mərasimlərinin təşkili qaydalarının konkret tənzimləmə mexanizmləri göstərilməlidir.

Dünya alimləri artıq həyacat təbili calırlarki bu qədər insan artımının qarşılayan təbiət resursları yoxdur.Yəni insanları getdikcə ərzaqla təmin etmək cətinləşəcək. Məhz bunun nəticəsidir ki süni qidalar coxalmağa başlayıb.Toylarda israfcılığın qabağının alınmasının bir yolu var.Hər bir şadlıq evi toya gələnə öz minyusini təklif etməlidir.Gələndə cibinə və ehtiyacına uyğun sufarişinı verməli və pulunuda özü ödəməlidir.Onda hec kim israfçılıq etməyəcək və toy sahibidə yemək -icmək haqqında düşünməyəcək.”
Facebook Şərhləndirmə:

Şərhinizi yazın