Menu
Geri İrəli

Sumqayıtlı gəncin əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılır

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2017 • Baxış sayı: 154 dəfə • Şərh yoxdur
Share Button

Afət Mirzəyeva Sumqayıt şəhər sakinidir. Orta məktəbi bitirdikdən sonra ailəsi onun həkim olmasını istəsə də, o, özünün əl qabiliyyətinə güvənərək, sənətkarlıq, daha dəqiq desək, qrafik rəssamlıq sahəsini seçir. Bu məqsədlə özünü daha da təkmilləşdirərək, dizaynerlik ixtisası üzrə təhsil alır.

Təhsil aldığı müddətdə qrafik rəsm əsərlərinə daha çox maraq göstərən Afət rəssamlığın bu sahəsini daha dərindən araşdırır və əl işləri hazırlayır. Daim axtarışda olan sənətkar qrafik rəssamlıq sahəsində yeni bir istiqamət olan abstrak rəssamlığın stilizə olunmuş heyvanlar növünə maraq göstərməyə başlayır. Hazırda bu sahə üzrə işlərini davam etdirən Afət Mirzəyeva müxtəlif yağlı boyalardan istifadə etməklə kətan və kağız üzərində abstrakt kompozisiyalar hazırlayır.

AZƏRTAC xəbər verir ki, Afət Mirzəyeva “ABAD”ın dəstək göstərdiyi gənc sənətkarlardan biridir. Onun “ABAD” layihəsinə qoşulmaqda məqsədi isə əl işlərinin satışını daha da artırmaq və yeni dizaynlar əsasında əl işlərinin çeşidini genişləndirməkdir.

Bir-birindən gözəl əl işləri ilə öz biznesini genişləndirən Afət xanım “ABAD”ın ona göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Onun əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılır.

15064090891801335679_1000x669 15064090892982226061_1000x669 15064090893795719698_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın