Menu
Geri İrəli

Sumqayıtlı şəhidin adına mükafat təsis olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2016 • Baxış sayı: 1,494 dəfə • 1 şərh

1465022236_13319826_1721801778057810_8917724178519034171_nGənc Mühəndislər Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə cari ilin aprel ayı ərzində cəbhənin Tərtər rayonu istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olmuş Azərbaycan Texniki Universitetinin məzunu Əbdülməcid Axunovun adına mükafat təsis olunub. “Şəhid gənc mühəndis Əbdülməcid Axundov” mükafatı hər il Ə.Axundovun doğum günü ərəfəsində təhsil və ictimai fəaliyyətdə fərqlənən gənclərə təqdim ediləcək.

Məlumat üçün bildirək ki, Əbdülməcid Nadirşah oğlu Axundov 15 oktyabr 1993-cü ildə Sumqayıt şəhərində doğulub. 1999-2010-cu illərdə Sumqayıt şəhər 16 saylı orta məktəbdə, 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alaraq elektrik mühəndisi ixtisasına yiyələnib.

Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələri sıralarında manqa komandiri vəzifəsində hərbi xidmət keçən Ə.Axundov cari ilin aprel ayının əvvəllərində Azərbaycanın Tərtər rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribat cəhdlərinin qarşısının alınmasında şəxsi igidlik və rəşadət göstərərək qəhrəmancasına şəhid olub. Ə.Axundov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilib. Gənc mühəndis Əbdülməcid Axundovun Vətən torpaqlarının müdafiəsi uğrunda göstərdiyi mərdlik və fədakarlıq hər bir vətəndaş üçün bir örnəkdir. Qəhrəman şəhidlərimizin pak ruhunu hörmətlə anır, Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Facebook Şərhləndirmə:

“Sumqayıtlı şəhidin adına mükafat təsis olundu” yazısına bir cavab

  1. niyaz muellim deyir:

    Sehid- mezun Abdulmecid Axundovun adina tesis edilmis mukafata gore Cemiyyete oz tesekkurumu bildirirem,Sia.az saytindaki yazini oxumagi meslehet bilirem. Niyaz muellim.

Şərhinizi yazın