Menu
Geri İrəli

Sumqayıtlı tələbələrin marşrut problemi

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2009 • Baxış sayı: 490 dəfə • 2 şərh

avtobus (1)284 saylı marşrutda nə baş verir?!

Hər gün Bakıdan Sumqayıta və əks istiqamətdə minlərlə insan gedib gəlir. Bu insanlar bir vaxtlar yeni avtovağzalın tilintisini səbirsizliklə gözləyirdilər ki, mənzilbaşına bəlkə bir gün rahat yetişə bildilər. Amma avtovağzalın tikintisi heç də bütün problemləri həll etmədi. Yeni avtovağzaldan Sumqayıta gediş gəliş edənlərin rahatlığı təmin olunsa da “20 Yanvar” metrostansiyasından avtovağzala getmək hələ də sərnişinlər üçün əsl başağrısı olaraq qalır. Həmin istiqamətdə hərəkət edən 284 saylı marşrutun sürücüləri avtobusun qapılarından sərnişinlər sallanmayana qədər yerindən tərpənmir, yaşlı sərnişinlərin haqlı iradlarına kobud cavab verirlər. Bu isə heç də ürəkaçan mənzərə yaratmır. Bu problemlə bağlı münasibətini açıqlayan 284 saylı marşrutun dispetçeri Azər Behbudov bildirir ki, “bizim avtobuslar hər 8 dəqiqədən bir çıxır, onun dolu, ya boş çıxması bizi maraqlandırmır”. Amma unutmaq lazım deyil ki, AR Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” 284 saylı marşrutda hər gün pozulur,cibgirlər marşrutda meydan sulayır, xalqın qız gəlinləri basırıqda əziyyət çəkir . A.Behbudov isə problemin yeni metro xətti çəkildikdən sonra öz həllini tapacağını bildirir. Necə deyərlər camaat indi gecə gündüz yeni metro xəttinin tez çəkilməsi üçün dua etməlidir ki, 284 saylı marşrutdakı basırıqdan canı qurtarsın.
Yəqin ki, bu tənqiddən nəticə çıxaranlar olacaq və 284 saylı marşrutun sərnişinləri nəhayət ki, cibgirlərin əlindən xilas olacaq, mənzil başına rahat, təhlükəsiz çatacaq. Ümid edirik ki, Nəqliyyat nazirliyi və heç bir səlahiyyəti olmadan başı nömrə açmağa qarışan bəzi nəqliyyat müfəttişləri isə həm təhlükəsizlik, həm də etik baxımdan avtobuslarda insanların cansız əşya kimi daşınmasına son qoyulması üçün tədbir görəcəklər.

Xanlar Xoca

Facebook Şərhləndirmə:

“Sumqayıtlı tələbələrin marşrut problemi” yazısına 2 cavab

  1. Edalet deyir:

    Xanlar bey, chox sag ol! chox ciddi problema toxunmusan.Amma bundan ciddi netice chixaran olarmi? Buna men inanmiram. Chunki bizde aidiyyeti qurumlarin mesul shexsleri ya bela tenqidi yazilari oxumurlar, ya da umumiyyetle interneta chixmagi bacarmirlar. Bir de ki, bu onlarin neyine lazimdir. Ela en yaxshisi sen deyan kimi mashinlarin nomresini achib yeniden hemin suruculere satmaqla pul qazanmaq deyilmi?!

  2. lale deyir:

    ela bu xebere deyerem he yarali yerimizdi cox sagolun bu movzuya toxundugunuzcun men wexsen 284nomreli mawurutdan istifade elemirem 10qepiye gore kiminse agzinin qoxusunu cekmeye deymez bawqa mawurutlarda gedir bow minib gedirem. qragdan analiz eliyende goruremki bizim camaatdada az yoxdu.

Şərhinizi yazın