Menu
Geri İrəli

Tahir Mirkişili: ” Sosial təminatın əsas elementlərindən biri də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2016 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur

tahir4Tahir Mirkişili: “Azərbaycan dövləti son on illər ərzində qeyd edilən istiqamətdə kifayət qədər işlər görüb”

“Sosial siyasət Azərbaycan dövlətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan dövləti son on illər ərzində qeyd edilən istiqamətdə kifayət qədər işlər görüb”.

Bu fikirləri deputat Tahir Mirkişili səsləndirib.

O deyib ki, cari ilin aprel ayında Cənab Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin əsas fəaliyyəti məhz bu sosial siyasəti başqa bir formada həyata keçirmək olub: “Ümumiyyətlə, Azərbaycan Kosntitusiyasının müddəlarının böyük əksəriyyəti vətəndaşların sosial hüquqları ilə bağlıdır. Bu da o deməkdir ki, Azərbaycan dölətinin bütün siyasəti insanların sosial qayğılarının həll edilməsinə yönəlib”.

Millət vəkili qeyd edib ki, sosial təminatın əsas elementlərindən biri də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.

Tahir Mirkişili müntəzəm olaraq Azərbaycan dövləti tərəfindən bu istiqamətdə uğurlu addımların atıldığını diqqətə çatdırıb. Bildirib ki, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlar üçün yaşayış binalarının tikilməsi, eləcə də şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları üçün anoloji tədbirlərin həyata keçirilməsi bunun əyani sübutudur:

“Bundan başqa dünyaya ilk dəfə olaraq Azərbaycanda jurnalistlər üçün mənzil tikilib istifadəyə verilib. Eyni zamanda qüsursuz olaraq 20 il ərzində hərbi xidmət keçən şəxslər üçün də mənzillər tikilərək onların ixtiyarına verilib. Eləcə də tətbiq edilən ipoteka kreditləri də insanların mənzil məişət şəraitinin yaxşılaşdırlmasına xidmət edir”.

Millət vəkili əhalinin aztəminatlı təbəqəsi, gənclərin güzəştli şərtlərlə mənzillə təmin olunmasını dvlətin həyata keçirdiyi daha bir mühüm istiqamət kimi dəyərləndirib. O deyib ki, bu gün mənzillərin əldə edilməsi üçün çətinliklər var. Həm onların qiyməti daha yüksəkdir, həm də insanların aylıq gəlirləri ipoteka krediti ilə mənzil əldə etməyi bir qədər çətinləşdirir: “Bu güzəştli mənzillərin tikintisində dövlət bir çox xərcləri öz üzərinə götürməklə iki mühüm məsələni həll etmişl olur. Birincisi, mənzillərin qiyməti daha əlverişli və ucuz olur. İkincisi, İpoteka Fondunun bir hissəsinin bu mənzilləri əldə etmək istəyən insanlar üçün ayrılması o deməkdir ki, dövlət bu məsələdə ikiqat sosial siyasət həyata keçirir. Yəni, həm mənzillərin qiymətinin aşağı salınması üçün tədbirlər görür, həm də insanları bu mənzilləri almaq üçün uzunmüddətli maliyyə vəsaiti ilə təmin edir”. Millət vəkili deyib ki, təxminən 2 milyona yaxın şəxs sosial mənzillərdən yararlanmaq üçün müəyyən edilən şərtlərdən yararlana biləcək.

Tahir Mirkişili onu da istisna etməyib ki, gələcəkdə bu kateqoriya daha geniş bir kütləni əhatə edə bilər. Bu gün isə əsas diqqət mənzillərə ciddi ehtiyacı olan insanlara yönəldilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın