Menu
Geri İrəli

Tanınmış modelyerdən Rafael Ağayevə xüsusi HƏDİYYƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyun 2015 • Baxış sayı: 895 dəfə • Şərh yoxdur
f7fab62b5d05Azərbaycanın tanınmış modelyer dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova I Avropa Oyunlarının rəsmi simvolları ilə əl işi olan pannonu Avropa Oyunlarının qalibi Rafael Ağayeva təqdim edib.
sumqayitxeber.com AnsPress-ə istinadən xəbər verir ki, Avropa Oyunlarının rəsmi talismanları Ceyran və Nar əks etdirən panno təntənəli şəkildə Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təqdim olunub.
Avropa Oyunlarının rəsmi talismanları Ceyran və Nar Azərbaycan təbiəti və mədəni irsinin simvolları olmaqla Azərbaycanın şanlı tarixini və perspektivli gələcəyini əks etdirir.
Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda dövlət tərəfindən qorunan heyvan növlərindən biridir.
Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Bu şəhərdə hər il ənənəvi Nar bayramı keçirilir. Nar həyat və enerjinin simvoludur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın