Menu
Geri İrəli

Turistlərin ən çox getdiyi rayonlar – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2017 • Baxış sayı: 871 dəfə • Şərh yoxdur

8289d5Son illər ərzində ölkəmizə gələn tursitlərin sayında nəzərə çarpacaq dərəcədə artım var. Artıq turistlər yalnız paytaxt Bakıya yox digər bölgələrə də üz tuturlar. Bu bölgələr arasında xüsusən də Qəbələ İsmayıllı Şamaxı və Qobustan rayonları xüsusi seçilir.

Seyyah.az-a İsmayıllı Regionl Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə 2017-ci ilin yanvar-iyun aylarında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarına ümumilikdə 157 min 502 turist səfər edib. Bunlardan 99 min 694-i yerli, 57 min 808 isə xarici turistlər olub. Rayonlar üzrə isə ən çox turist Qəbələyə üz tutub. Onların sayı 95 min 480 nəfər olub. Bu müddət ərzində Şamaxını 32 min 230, İsmayıllını 23 min 517, Qobustan rayonunu isə 6 min 275 turist ziyarət edib.

Xarici turistlərin əsas hissəsini isə Türkiyə, Rusiya, Koreya, eləcə də Avropa, Orta Asiya və ərəb ölkələrindən olan turistlər təşkil edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın