Menu
Geri İrəli

Üçqat dünya çempionu Artyom Osipenko: – “Əsl çempion Azərbaycan mətbəxidir”

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2015 • Baxış sayı: 436 dəfə • Şərh yoxdur
Share Button

photo_32378Məşhur rusiyalı sambist, üçqat Dünya çempionu və Avropa Oyunlarının qalibi Artyom Osipenko ATV.az-a Azərbaycan haqqında öz təəssüratlarını bölüşüb: “Şəhərinizin gözəlliyinə söz ola bilməz, mətbəxiniz isə əsl çempiondur. Kabablarınızdan doymaq olmur, xüsusiylə lülə kababdan. Mən hələ şirniyatlardan danışmıram, təəssüf ki, adları yadımda qalmayıb, yalnız paxlavanın adını əzbərləmişəm. Bir sözlə, Bakıdan ancaq xoş təəssüratlarla ayrılıram. Bircə qalıb çimərliyə getməyimiz, onu da yarışlardan sonra planlaşdırırdım, artıq dənizə getmək olar! Evə qayıdanda isə mütləq Avropa Oyunlarının simvolları olan əşyalardan alacam. Evimdə bu yarışlardan yadigar mütləq nəsə olmalıdır”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın