Menu
Geri İrəli

Uşaqlara ən çox qoyulan adlar – Siyahı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Avqust 2016 • Baxış sayı: 953 dəfə • Şərh yoxdur

usaqlarBu ilin 8 ayı ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların statistikası açıqlanıb.

APA-nın məlumatına görə, bu il doğulan oğlan uşaqlarına ən çox verilən ad Yusif adıdır. Belə ki, 1841 uşağa Yusif adı qoyulub. Digər üstünlük təşkil oğlan adları isə Hüseyn (1300), Əli (1220), Ömər (978), Məhəmməd (756), Tunar (745), Murad (734), Ayxan (698), Uğur (677), İbrahimdir (497).

Bu ilin 8 ayı ərzində qız uşaqlarına qoyulan adlar arasında populyarlıq qazanan ad isə Zəhra adıdır. Belə ki, 1611 nəfərə bu ad verilib. Digər üstünlük təşkil edən qız adları isə Nuray (1249), Fatimə (1051), Zeynəb (1018), Aylin (952), Məryəm (871), Ayan (768), Mələk (756), Mədinə (597), Səmadır (592).

Facebook Şərhləndirmə:

Şərhinizi yazın