Menu
Geri İrəli

Uşaqlara ən çox verilən adlar hansılardır? – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2015 • Baxış sayı: 288 dəfə • Şərh yoxdur

usaqƏn populyar adların statistikası açıqlanıb.

Ədliyyə Nazirliyi bu il Azərbaycanda doğulan uşaqlara qoyulan ən populyar adların statistikasını açıqlayıb.

Oxu.Az xəbər verir ki, Ədliyyə Nazirliyindən Report-a bildirilib ki, iyunun 27-nə olan rəsmi məlumata əsasən, 2015-ci ildə dünyaya gələn körpələrə qoyulan adlar arasında Yusif adı birinci yerdədir.

Statistikaya əsasən, bu il 1377 oğlan uşağına Yusif adı qoyulub. Sonrakı yerləri Əli (1000), Hüseyn (951), Məhəmməd (615), Murad (638) adları tutub.

2015-ci ilin populyar qız adlarına gəlincə, yeni doğulan 1356 körpəyə Zəhra adı qoyulub. Sonrakı yerlərdə Nuray (1014), Fatimə (899), Aylin (717), Zeynəb (672), Ayan (618) adları gəlir.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda doğulan oğlanlara ən çox Yusif adı qoyulub (3967 nəfər). Qızlara verilən adlar siyahısında isə Zəhra birinci yerdə gəlib (3608 nəfər).

Facebook Şərhləndirmə:

Şərhinizi yazın