Menu
Geri İrəli

Vaan Martirosyan: “Mən dünən Sumqayıtda yaşayan erməni ailə ilə görüşdüm”

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Noyabr 2016 • Baxış sayı: 231 dəfə • Şərh yoxdur

vaan-martirosyan“Mən dünən Sumqayıtda yaşayan erməni ailə ilə görüşdüm. Mən soruşdum ki, hər hansı problemlə üzləşiblərmi. Ailə üzvlərindən biri dedi ki, məktəbdə işləyir, hər hansı problemlə üzləşməyib”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” beynəlxalq konfransın iştirakçısı, Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan bildirib.

V. Martirosyan Serj Sarkisyan rejiminin azərbaycanlılarla ermənilərin birgə yaşaya bilməyəcəyi barədə apardığı faşist təbliğatının əsassız olduğunu vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsi həll olunan anda Serj Sarkisyan rejiminin ömrü başa çatacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın