Menu
Geri İrəli

Xaricdə uğur qazanmış azərbaycanlı gənclər – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2017 • Baxış sayı: 231 dəfə • Şərh yoxdur

sumqayitxeber.com ölkəmizin sərhədlərindən kənarda uğur qazanan azərbaycanlı gənclərin siyahısını təqdim edir:

Tural Bədirxanlı

uğur qazanmış azərbaycanlı gənclər

Tural Bədirxanlı 1984-cü ildə Quba şəhərində dünyaya gəlib. Quba Türk liseyini bitirib. Daha sonra Boğaziçi universitetinin fizika fakültəsində təhsil alıb. II kursda oxuyan zaman Massaçusets Texnologiya İnstitutuna qəbul olaraq ABŞ-a gedib. Universitetin magistr pilləsini də bitirdikdən sonra kiçik bir şirkətdə işləyir. Bir müddətdən sonra Google şirkətində işə düzəlir. 2013-cü ildə Namo Media adlı şirkətin həmtəsisçilərindən biri olur. 2014-cü ildə Twitter şirkəti Namo Media şirkətini 50 milyon dollar qarşılığında satın alır. Hazırda Tural ABŞ-da yaşayır.

Teymur Sadıxov

Teymur Sadıxov 1987-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində 211 saylı orta məktəbi bitirib. Məktəbi bitirdikdən sonra İstanbul Texniki Universitetinin Təyyarə və Kosmik Elmlər fakültəsininin Təyyarə Mühəndisliyi ixtisasına daxil olub. Teymur bu universiteti maksimum ortalama qiymətlə (4.0) bitirən ilk və tək şəxs kimi tarixə düşüb. Qeyd edək ki İstanbul Texniki Universiteti 1773-cü ildə yaranıb. Bu universitetdən məzun olduqdan sonra Amerikada müraciət etdiyi 10 ən yüksək reytinqli universitetlərin onundan da müsbət cavab alan Teymur təhsilini Kaliforniya Universitetində davam etdirir. 2013-cü ildə NASA-da işləyib. Hazırda Mercedes Benz şirkətində baş mühəndis kimi fəaliyyət göstərir.

Samir Sadıqov

Samir Sadıqov 1990-cı ildə Gəncə şəhərində anadan olub. Avropa Dizayn İnstitutunda təhsil alıb. Onun dizayn etdiyi Xəzri avtomobil modeli “Ferrari 2011 Beynəlxalq Dizayn” yarışmasında ikinci yerə layiq görülüb. Samir hazırda Lamborghini şirkətində dizayner kimi çalışır. O Lamborghininin Arus modelini dizayn edib.

Adil Əliyev

Adil Əliyev Bakı Dövlət Universitini bitirib. Bir müddət Azercelldə çalışıb. O ən çətin imtahan mərhələlərindən keçərək Cənubi Koreyada Samsung Electronics şirkətində proqramist kimi işə düzəlib. Adil şirkətdə veb platformalar qrupunda mühəndis kimi fəaliyyət göstərir. Qeyd edək ki, həmyerlimiz həm də Aikido və Jiu-Jitsu üzrə 1-ci dan qara kəmər ustasıdır.

Xaliq İsgəndərov

Xaliq İsgəndərov 1982-ci ildə Sumqayıtda anadan olub. Orta təhsilini doğulduğu şəhərdə alıb. Ankara Dövlət və İstanbul Yıldız Teknik Universitetində təhsil aldıqdan sonra ABŞ-da New York Universitetində Benyəlxalq Əlaqələr fakültəsinə daxil olub. Oxuduğu dövrdə Bill Clintonla belə görüşüb. Xaliq 10 ildən çoxdur ki ABŞ-da telefonlar üçün xüsusi aksesuarlar hazırlayan şirkətin sahibidir.

Atilla Əsgərov

uğur qazanmış azərbaycanlı

NASA-da işləyən azərbaycanlı deyilən kimi hər kəsin ağlında Teymur Sadıxov canlanır. 2016-cı ildə kimi ondan başqa NASA-da işləyən azərbaycanlı olmayıb çünki. Atilla Əsgərov orta təhsili Bakıda 6 saylı məktəbdə alıb. Ali təhsilini İstanbul Texniki və Virgina universitetlərində başa vurub. 2016-cı ildən etibarən NASA-da mühəndis kimi çalışır.

Mənbə: Bizplus.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın