Menu
Geri İrəli

Xoşbəxtlik də ürəyə zərər imiş

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2016 • Baxış sayı: 346 dəfə • Şərh yoxdur
img2024462BBC-nin xəbərinə görə, Zurix Universitetinin alimləri bildiriblər ki, qırıq qəlb sindromu olaraq tanınan “takotsubo kardiomiyopatiyası” adlı xəstəliyin səbəbi xoşbəxtlikdir. 
Nəticələri “European Heart Journal”da yayımlanan araşdırmada 1750 nəfər iştirak edib.
Araşdırma zamanı ad günü qeyd edən, uşağını evləndirən, bir dostu ilə 50 il sonra görüşən, komandası qalib gələn və lotereya qazanan insanların ürəyinin normadan çox döyündüyü, nəfəssiz qaldığı məlum olub. Araşdırma qrupunun rəhbəri olan həkim Jelena Ghadri yaxşı və gülüş doğuran hadisələrin “takotsubo kardiomiyopatiyası” adlı xəstəliyi aktivləşdirdiyini bildirib. Bu xəstəlik yaxşı və pis hadisələr zamanı yaranan ürək problemidir.
İnsanlar qısamüddətli sinə ağrısı hiss etdikləri zaman infarkt keçirdiklərini düşünürlər.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın